Dünya

Rusiya 2018-ci ildə üç ölkəni işğal edəcək - MÜHARİBƏ SSENARİLƏRİ

4 Yanvar 2018 17:05

2018-ci ildə Rusiya Baltikyanı ölkələri - Litva, Latviya və Estoniyanı tutmağa çalışa bilər. Bu haqda ABŞ-ın “The National Interest” jurnalı bildirib. Nəşr “RAND Corporation” analitik şirkətin məlumatlarına istinadən bildirir ki, Rusiya 845 min əsgərdən istifadə edərək 3 Baltikyanı ölkəni işğal etməyi bacaracaq.

Çexiyada qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi

4 Yanvar 2018 16:46

Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib. Məlumata görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.

Bu qorxunun əsiri olanlara yenə deyirəm… - Nazarbayev

4 Yanvar 2018 16:08

Avrasiya İttifaqının SSRİ-nin yenidən yaradılması ilə əlaqəsi yoxdur. Bu sözlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevinin yeni “Müstəqillik erası” kitabında yer alıb.

Polşa: Rusiya ilə bu sazişi şərtlə imzalayacağıq

4 Yanvar 2018 16:05

Polşa Rusiyadan qaz alışını davam etdirə bilər, amma yeni müqaviləni öz şərtləri ilə imzalayacaq. Bunu “Pravna” qəzetinə müsahibəsində PGNiG neft-qaz şirkətinin rəhbəri Maçey Vojnyak söyləyib. Onun sözlərinə görə, hazırkı razılaşma çox köhnəlib: “Polşanı çətin vəziyyətə salan səhvlərimizi təkrar etməməliyik.

Türkiyədə yeni qadağa

4 Yanvar 2018 16:01

Türkiyənin şimal-qərbindəki Düzce vilayətində 3 mərtəbədən yüksək binaların tikilməsi qadağan edilib. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamında deyilir.

Qatar relsdən çıxdı: 100 yaralı

4 Yanvar 2018 15:48

Cənubi Afrika Respublikasında qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb. Qəzada azı 4 nəfərin həlak olduğu bildirilib. Qəza Hennenman və Krunstadt yaşayış qəsəbələri arasında baş verib.

The Guardian”: Trampın qızı ABŞ prezidenti olmaq istəyir

4 Yanvar 2018 15:43

Jurnalist-yazıçı Maykl Vulf müəllifi olduğu “Od və Qəzəb. Trampın Ağ Evində” adlı kitabında qeyd edib ki, ABŞ prezident Donald Trampın qızı İvanka bu ölkənin tarixində ilk qadın prezident olmaq niyyətindədir. 

Bu ölkədə qara rəngli maşınlara qadağa qoyuldu

4 Yanvar 2018 15:41

Türkmənistanda qara rəngli avtomobillərin istifadəsi qadağan olunub. Məlumata görə, qərar ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Yaponiyada ancaq kişilərin yoluxduğu ölümcül virus

4 Yanvar 2018 15:29

Son aylarda Yaponiyada naməlum  bakteriya 525 nəfərin ölümünə yol açıb. Yaponiya Milli İnfeksiya Xəsətəlikləri İnstitununun məlumatına əsasən, ötən ilin dekabır ayının 10- a qədər ölkədə bu ölümcül bakteriyadan 525 nəfər dünyasını dəyişib.

Doğuşa hazırlaşan qadını zorlamaq istədi - Palatada şok olay - Romada

4 Yanvar 2018 15:17

38 yaşlı kişi tibb bacısı paltarını geyinib, palatada yatan qadına təcavüz etmək istəyərkən saxlanılıb. Hadisə Romada yaşanıb. Belə ki, Somalidən gələn Əli Abdella adlı miqrant tibb bacısı geyimində 31 dekabr tarixində xəstəxanada doğuşa hazırlaşan qadının palatasına daxil olub. O, qadına yaxınlaşaraq, müayinə etmək adıyla ona qarşı zorakı hərəkətlər etməyə başlayıb. Qadının köməyinə həkim və tibb bacıları gəlib.

Türkiyə yeni hərbi birləşmə qurur - NATO üçün daha bir GÖZDAĞI

4 Yanvar 2018 15:12

Türkiyə Rusiyadan aldığı “S-400” raketdən müdafiə sistemini orduda tətbiq etmək üçün “S-400 Raketdən Müdafiə Alay Komandirliyi”ni quracaq. Komandirlik 2 tabor, 4 bölükdən ibarət olacaq.

Rusiyada GÜCLÜ YANĞIN: 10 nəfər öldü - VİDEO

4 Yanvar 2018 15:08

Rusiyanın Novosibirsk vilayətində anbarda baş verən yanğın nəticəsində 10 nəfər ölüb. Cəsədləri aşkarlanan şəxslər anbarda işləyirmişlər.  

Nyu Yorkda qar fırtınası: məktəblər bağlanacaq

4 Yanvar 2018 14:58

Nyu York məktəbləri yaxınlaşan qar fırtınası ilə əlaqədar bağlanacaq.  Bunu şəhər meri Bill de Blazio deyib.  Yanvarın 4-ü səhər daha çox qar yağacağı gözlənilir. Qarın hündürlüyünün 23-30 sm olacağı ehtimal edilir.

Rusiya bu ölkəyə ordu yeridəcək - Belkovski

4 Yanvar 2018 14:51

Rusiya Moldova Prezidenti İqor Dodonun səlahiyyətlərinin əlindən alınmasından istifadə edərək, bu ölkədə yeni konflikt başlada bilər. Bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Stanislav Belkovski söyləyib. Onun sözlərinə görə, Dodon məhz rusiyayönlü mövqeyi səbəbindən cəzalandırılıb: “Vladimir Putin postsovet məkanında kimisə dəstəkləməyə başlayan kimi onun böyük problemləri yaranır. Belə nümunələr kifayət qədər çoxdur.

Hizbullah: İsrailə yeni sürprizlər hazırlayırıq

4 Yanvar 2018 14:49

Hizbullah Fələstində İsrailə qarşı intifadanı dəstəkləyir. Bunu Hizbullah lideri Həsən Nəsrullah “Əl Mayadin” televiziyasına müsahibəsində söyləyib. “Hizbullah Fələstinin müqavimət hərəkatını hər zaman dəstəkləyib.