Dünya

“Panasonic” şirkəti unikal ekzoskelet təqdim edib

4 Yanvar 2018 19:48

Ekzoskeletlər artıq yalnız fantastik film və videooyunlarda istifadə edilmir. Hazırda bir çox şirkətlər müxtəlif ekzoskelet modelləri hazırlamaqla məşğuldurlar. Amma belə hazırlamaların əksəriyyəti hərbi sahədə və ya idmançıların təlimində tətbiq edildiyi halda, “Panasonic” şirkətinin yeni həlli sıravi insanlara kömək etmək üçün nəzərdə tutulub.

Tokio olimpiadasında sifətin tanınması sistemindən istifadə olunacaq

4 Yanvar 2018 19:43

2020-ci il Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi idman tədbirlərinin təhlükəsizliyini sifətin tanınması sistemi ilə gücləndirmək niyyətindədir. Bu, saxta və oğurlanmış şəxsiyyət vəsiqələri ilə mübarizə və idmançı, vəzifəli şəxslər və KİV nümayəndələrinin ictimai yerlərə daxil olan zaman daha tez hərəkət etmələri üçün tətbiq olunacaq. İlkin qiymətləndirməyə görə, 400 minədək insanı emal edə biləcək sistem Olimpiya oyunları tarixində tətbiq edilən ən böyük sifətin tanınması sistemi olacaq.

“Google Pixel C” planşeti satışdan çıxarılıb

4 Yanvar 2018 19:37

“Google” şirkəti “Google Pixel C” hibrid planşet kompüterinin satışını dayandırıb. Artıq qurğu “Google Store” onlayn mağazasında satışdan çıxarılıb.  

Smartfonlarda akkumulyator şarjının sürətli azalmasının səbəbləri məlum olub

4 Yanvar 2018 19:26

Texnologiya və qurğular sahəsində ekspertlər smartfonlara qurulmuş akkumulyator şarjının çox sürətli azalması ilə bağlı 6 əsas səbəb müəyyənləşdiriblər. Reytinq “AKKet.com” portalı tərəfindən tərtib edilib.

“Kinect” kontrollerinin satışı dayandırılıb

4 Yanvar 2018 19:20

“Microsoft” korporasiyası “Kinect” kontrollerindən tam imtina etməklə bağlı qərar qəbul edib. Ötən ilin oktyabrında “Xbox One” konsolu üçün sensorların istehsalını dayandıran korporasiya bu dəfə qurğunun satışından imtina edib.  

Maraqlı İDDİA: Yerişini dəyişməklə xoşbəxt olmaq olar

4 Yanvar 2018 19:09

Kanadanın perspektiv tədqiqatlar universitetinin alimləri maraqlı nəticəyə gəliblər. Onların apardıqları yeni tədqiqata görə, yerişi dəyişməklə əhvalı qaldırmaq və daha xoşbəxt olmaq olar. Əvvəlki tədqiqatlarda müəyyən edilib ki, depressiyadan əziyyət çəkən insanlar xoşbəxt olanlardan fərqli hərəkət edirlər.

Kosmik "brilliant"ın görüntüləri əldə edildi

4 Yanvar 2018 18:50

Astronomlar kosmik "brilliant"ın şəkillərini nümanyiş etdiriblər. Alimlər NGC 1398 adlı və mərkəzi hissəsi brillantın parıltısını xatırladan spiralvari qalaktikanın şəkillərini əldə edə biliblər. Avropa Cənub Observatiyasından  bildiriblər ki, qalaktika Yerdən 65 milyon işıq ili məsafədə yerləşir.

Yer üzündə canlıların ən qədim əcdadı tapılıb - Elmi iddia

4 Yanvar 2018 18:45

Kanada və ABŞ alimləri Kanada ərazisində tapılmış daşlaşmış Bangiomorpha pubescens yosunlarının qalıqlarının tədqiq ediblər. Paleontoloqlar qərara gəliblər ki, onların 1,2 milyard il yaşı var. Məlum olub ki, fotosintez qabiliyyətli bu qədim canlı orqanizmlərin hüceyrələri eukariotik quruluşa malik olub. Yosunları yaşı nəzərə alınsa, bu tapıntılar Yer üzündə bütün canlı mikroorqanizmlərin ən qədimi hesab oluna bilər.

Qaban məktəbə hücum etdi, dərslər dayandı

4 Yanvar 2018 18:40

İtaliyada Siciliya adasının Palermo şəhərində iri çöldonuzu məktəbin həyətinə daxil olub. Məlumata görə, qida axtarışında olan qabanı həyətdə gəzişdikdən sonra təqiblərdən gizlənmək üçün məktəb binasına daxil olub. 

Terrorçular ölümlə cəzalandırılacaqlar  YENİ QANUN

4 Yanvar 2018 18:30

İsrail parlamenti terroristlər üçün ölüm hökmünü nəzərdə tutan qanun layihəsini qəbul edib. Artıq bundan sonra terror aktında məsul olanlar ölümlə cəzalandırılacaqlar. Qanun layihəsinə görə, ölüm hökmünün təyin edilməsi üçün məhkəmə instansiyasından 3 hakimdən 2-sinin rəy verməyi kifayətdir.

İstanbulda torpaq sürüşməsi baş verib

4 Yanvar 2018 18:25

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi olub. Hadisə şəhərin Ataşehir rayonunda baş verib. Batı Ataşehir rayonunun bələdiyyəsindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində rayonun Barbaros məhəlləsində yerli bələdiyyəyə məxsus avtoparkın yanındakı binanın istinad divarı çöküb.

Ərdoğanın sözçüsü: “Bu, ABŞ-ın planıdır”

4 Yanvar 2018 17:55

“Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak edəcək nümayəndə heyətləri 3 ölkə - Rusiya, İran və Türkiyə tərəfindən razılaşdırılacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Ermənistanda yanacaq bahalaşdı

4 Yanvar 2018 17:52

2018-ci il Errmənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb. Məlumata görə, benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb. Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.

Ukraynalı nazir müavini: "2014-2015-ci illərdə Kiyevdə Avropaya gedən qaz kəmərinin partladılması planlaşdırılıb"

4 Yanvar 2018 17:48

“2014-2015-ci illərdə Kiyevdə dövlət səviyyəsində Avropaya təbii qaz nəql edən boru xəttinin partladılması planlaşdırılıb”. Məlumata görə, bunu Ukraynanın “Zik” telekanalına açıqlamasında müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlərlə bağlı məsələlər üzrə nazir müavini Yuri Qrımçak deyib. O bunun dövlət səviyyəsində planlaşdırıldığını qeyd edib.

10 nəfər balıqdan zəhərləndi

4 Yanvar 2018 17:11

Moskvada restoranların birində 10 nəfər balıqdan zəhərlənib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva meri Leonid Peçatnikov hadisə ilə bağlı verdiyi açıqlamasında 1 nəfərin hospitallaşdırıldığını deyib: "10 nəfər köhnəlmiş balıqdan zəhərlənib.Zəhərlənmə ağır dərəcədə olub".