İstanbulda torpaq sürüşməsi baş verib

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi olub. Hadisə şəhərin Ataşehir rayonunda baş verib. Batı Ataşehir rayonunun bələdiyyəsindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində rayonun Barbaros məhəlləsində yerli bələdiyyəyə məxsus avtoparkın yanındakı binanın istinad divarı çöküb.

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi olub. Hadisə şəhərin Ataşehir rayonunda baş verib. Batı Ataşehir rayonunun bələdiyyəsindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində rayonun Barbaros məhəlləsində yerli bələdiyyəyə məxsus avtoparkın yanındakı binanın istinad divarı çöküb. Hadisə yerinə təcili yardım briqadaları xilasedicilər cəlb olunub.  Yerli bələdiyyənin avtomobil dayancağından maşınlar çıxarılır. "Report" "Haber7"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31