Terrorçular ölümlə cəzalandırılacaqlar  YENİ QANUN

İsrail parlamenti terroristlər üçün ölüm hökmünü nəzərdə tutan qanun layihəsini qəbul edib. Artıq bundan sonra terror aktında məsul olanlar ölümlə cəzalandırılacaqlar. Qanun layihəsinə görə, ölüm hökmünün təyin edilməsi üçün məhkəmə instansiyasından 3 hakimdən 2-sinin rəy verməyi kifayətdir.

İsrailin müdafiə naziri Aviqdor Liberman Milli Məclis tərəfindən təsdiqlənən qanun layihəsini şərh edib. "Ölüm hökmü ilə bağlı qanunun qəbul olunması terrorla bağlı mübarizədə ciddi faktor olacaq. Terrorçular cəzasız qalmamalıdırlar"- deyə, Liberman öz Facebook səhifəsində qeyd edib.

Xatırladaq ki, Aviqdor Libermen 2017-ci ilin sonunda terrorçular üçün ölüm hökmünü nəzərdə tutulan qanun layihəsinin dəstəklənməsinə nail olub. Belə ki, müdafiə nazirinin başçılıq etdiyi "Bizim Ev-İsrail" partiyası qanun layihəsini bundan öncə bir neçə dəfə irəli sürsə də, layihə parlament tərəfindən təsdiq edilmirdi.

Qeyd edək ki, İsrail ölüm hökmünün qanuno olaraq ləğv edilməyən ölkələrdən olsa da, orada bu cəza tətbiq edilmir. Sia.az "Kommersant.ru" ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31