Çexiyada qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi
Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib. Məlumata görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.
4 Yanvar 2018 16:46 DünyaÇexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib. Məlumata görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb. Nəticədə ailə üzvləri ürək bulanması və baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Ailədə yalnız bir nəfər - marixuanadan tibbi məqsədlərlə istifadə edən şəxs - zəhərlənməyib. Polis narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanması ilə bağlı cinayət işi başlayıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31