Hizbullah: İsrailə yeni sürprizlər hazırlayırıq
Hizbullah Fələstində İsrailə qarşı intifadanı dəstəkləyir. Bunu Hizbullah lideri Həsən Nəsrullah “Əl Mayadin” televiziyasına müsahibəsində söyləyib. “Hizbullah Fələstinin müqavimət hərəkatını hər zaman dəstəkləyib.
4 Yanvar 2018 14:49 DünyaHizbullah Fələstində İsrailə qarşı intifadanı dəstəkləyir. Bunu Hizbullah lideri Həsən Nəsrullah "Əl Mayadin" televiziyasına müsahibəsində söyləyib. "Hizbullah Fələstinin müqavimət hərəkatını hər zaman dəstəkləyib. Biz Fələstin qruplarına İranın maddi yardımlarının verilməsi üçün vasitəçi rolunu oynamırıq. Hizbullahın özü müstəqil şəkildə Fələstinə yardım edə bilər. Biz İsrailə qarşı yeni "sürpriz"lər hazırlayırıq. Bu ordunu məğlub edə bilərik və bunun üçün 100 min raketə ehtiyacımız yoxdur", - deyə o bildirib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31