The Guardian”: Trampın qızı ABŞ prezidenti olmaq istəyir

Jurnalist-yazıçı Maykl Vulf müəllifi olduğu “Od və Qəzəb. Trampın Ağ Evində” adlı kitabında qeyd edib ki, ABŞ prezident Donald Trampın qızı İvanka bu ölkənin tarixində ilk qadın prezident olmaq niyyətindədir. 

Jurnalist-yazıçı Maykl Vulf müəllifi olduğu "Od və Qəzəb. Trampın Ağ Evində" adlı kitabında qeyd edib ki, ABŞ prezident Donald Trampın qızı İvanka bu ölkənin tarixində ilk qadın prezident olmaq niyyətindədir.  Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata əsasən, İvanka və həyat yoldaşı onlardan birinin prezident postuna namizəd olacağı barədə razılığa gəliblər. Onların məhz buna görə Donald TrampınPrezident Administrasiyasının bir hissəsi olmağa razılıq verdikləri bildirilir. 
"Cütlük öz aralarında razılaşıb: Əgər gələcəkdə imkan olsa, o (İvanka) prezidentliyə namizəd olacaq", - deyə kitabda bildirilib.  Kitabda, həmçinin qeyd olunub ki, Trampın sabiq müşaviri Stiven Bennon bu razılaşmanı eşidəndə "dəhşətə" gəlib.  AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31