Polşa: Rusiya ilə bu sazişi şərtlə imzalayacağıq
Polşa Rusiyadan qaz alışını davam etdirə bilər, amma yeni müqaviləni öz şərtləri ilə imzalayacaq. Bunu “Pravna” qəzetinə müsahibəsində PGNiG neft-qaz şirkətinin rəhbəri Maçey Vojnyak söyləyib. Onun sözlərinə görə, hazırkı razılaşma çox köhnəlib: “Polşanı çətin vəziyyətə salan səhvlərimizi təkrar etməməliyik.
4 Yanvar 2018 16:05 DünyaPolşa Rusiyadan qaz alışını davam etdirə bilər, amma yeni müqaviləni öz şərtləri ilə imzalayacaq. Bunu "Pravna" qəzetinə müsahibəsində PGNiG neft-qaz şirkətinin rəhbəri Maçey Vojnyak söyləyib. Onun sözlərinə görə, hazırkı razılaşma çox köhnəlib: "Polşanı çətin vəziyyətə salan səhvlərimizi təkrar etməməliyik. Neqativ məsələləri özündə əks etdirən razılaşmanı imzalamaq istəmirik. Polşa Rusiyadan qazı normal şərtlər daxilində alacaq. Əgər "Qazprom"la müqavilə imzalansa, bu, uzunmüddətli olmayacaq".
Qeyd edək ki, Polşanın Rusiya ilə qaz razılaşması 2022-ci ildə başa çatacaq. Axar.az