Kral ailəsinə məxsus zinnət əşyaları oğurlandı
İtaliyanın Venesiya şəhərində 16 – 20 – ci əsrlərə aid Qatar kral ailəsinə məxsus zinnət əşyaları nümayiş zamanı oğurlanıb. Olaylar.az bildirir ki, rəsmilər sərgidən bir broş və bir cüt sırğa oğurlandığını açıqlayıblar.
4 Yanvar 2018 13:53 Dünyaİtaliyanın Venesiya şəhərində 16 - 20 - ci əsrlərə aid Qatar kral ailəsinə məxsus zinnət əşyaları nümayiş zamanı oğurlanıb. Olaylar.az bildirir ki, rəsmilər sərgidən bir broş və bir cüt sırğa oğurlandığını açıqlayıblar.
Sərginin sonuncu günü izdihamdan yararlanan oğrular təhlükəsizlik siqnalının işə düşməsinə baxmayaraq, polisdən qaça biliblər. Dəyəri milyonlarla avro olan zinnət əşyalarının oğrular tərəfindən satışa çıxarılmayacağı düşünülür. Oğurlanan boroş və sırğanın tərkibi qızıl, platin və almasdan ibarət olduğu bildirilir.