Fransada qasırğa: 1 ölü, 26 yaralı

Fransada tüğyan edən "Eleanor" qasırğası nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb. Ölüm hadisəsi Yuxarı Savoyya departamentində qeydə alınıb. Orada dağ xizəkçisinin üzərinə ağac aşıb. Xəsarət almış 26 nəfərdən dördünün vəziyyəti ağırdır.

Həmçinin təbii fəlakət nəticəsində 35 min ev təsərrüfatı işıqsız qalıb. Fransanın 20 departamentində yüksək təhlükə səviyyəsi elan olunub.

Sinoptiklərin proqnozlarına görə, ölkənin şimal-qərbində cərəyan edən qasırğa davam edəcək. Alp dağlarında küləyin sürəti saatda 180 km-ə, Korsikada isə 200 km-ə çata bilər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31