Klintonun Nyu-Yorkdakı evi yandı - FOTO

ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun keçmiş dövlət katibi olan həyat yoldaşı Hillari Klintonun Nyu-York ştatının Çappakva şəhərciyində yerləşən evində yanğın baş verib.

Hazırda hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb ediliblər.

Hadisə zamanı siyasi xadimlərin mənzildə olub-olmadıqları məlum deyil.

Yanğının səbəbləri araşdırılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31