Kəskin soyuqlar can alır: 16 ölü
ABŞ-da, xüsusilə, ölkənin şərq və şimal-şərq hissəsində hökm sürən kəskin hava şəraiti səbəbilə 16 nəfər dünyasını dəyişib. Bu barədə ABŞ Milli Kosmos və Aviasiya Agentliyi (NASA) açıqlama yayıb. Açıqlamada ölkənin son illərdə ən soyuq qışlarından birini yaşadığı bildirilib.
4 Yanvar 2018 11:12 DünyaABŞ-da, xüsusilə, ölkənin şərq və şimal-şərq hissəsində hökm sürən kəskin hava şəraiti səbəbilə 16 nəfər dünyasını dəyişib. Bu barədə ABŞ Milli Kosmos və Aviasiya Agentliyi (NASA) açıqlama yayıb. Açıqlamada ölkənin son illərdə ən soyuq qışlarından birini yaşadığı bildirilib. Kəskin soyuqlar səbəbilə Maina ştatından Floridaya qədər fövqəladə vəziyyət elan edilib. Floridanın Tallahase şəhərinə 1989-cu ildən bəri ilk dəfə qar yağıb. ABŞ ilə Kanadanın sərhədinə yerləşən Niaqara şəlaləsini belə donduran kəskin soyuqlar bir həftə davam edəcək. Bu müddət ərzində fırtınanın baş verməsi də istisna edilimir. Publika.az