Toni Bleyerdən Trampa xəbərdarlıq: “Dinlənilirsən”
İngiltərənin sabiq Baş naziri Toni Bleyer ABŞ prezidenti Donald Trampı ingilis kəşfiyyatı tərəfindən dinlənildiyi barədə xəbərdarlıq etdiyi iddia edilib. ABŞ-da yanvarın 9-da təqdimatının keçirilməsi nəzərdə tutulan "Atəş və Hirs: Tramp Ağ Evin İçindən" adlı kitabda Bleyerin keçən ilin fevral ayında Trampın kürəkəni Cared Kuşner ilə görüşdüyü yazılıb.
4 Yanvar 2018 11:40 Dünyaİngiltərənin sabiq Baş naziri Toni Bleyer ABŞ prezidenti Donald Trampı ingilis kəşfiyyatı tərəfindən dinlənildiyi barədə xəbərdarlıq etdiyi iddia edilib. ABŞ-da yanvarın 9-da təqdimatının keçirilməsi nəzərdə tutulan "Atəş və Hirs: Tramp Ağ Evin İçindən" adlı kitabda Bleyerin keçən ilin fevral ayında Trampın kürəkəni Cared Kuşner ilə görüşdüyü yazılıb. İddiaya görə sabiq Baş nazir Kuşnerə İngiltərənin Kommunikasiya Kəşfiyyat Təşkilatının (GCHQ) "Trump Tower"in telefonlarını, hətta yüksək ehtimalla şəxsən Trampı dinlədiyini söyləyib.
Qeyd edək ki, sabiq Baş nazirin mətbuat xidmətinin rəhbəri Maykl Volffun qələmə aldığı kitabda yazılan məlumatları təkzib edib. Azadinform.az