Dünya
Ölümlə mübarizə aparan Şumaxerin 4 ildən sonra İLK FOTOSU YAYILDI
Ölümlə mücadilə edən məşhur Formula-1 pilotu Mihael Şumaxerin 4 ildən sonra ilk fotosu yayılıb. 49 yaşlı yaxını Şumaxeri Cenevrədəki evində ziyarət edib. Xizək sürərkən yıxılaraq başı daşa dəyən və beyin qanamsı keçirən əfsanəvi sürücünü ziyarət edən qohumu onun şəklini çəkərək mətbuata 1 milyon avroya satmaq istəyib.
Həkim çox işləməkdən öldü
Çində 18 saat işləyən həkim yorğunluqdan ölüb. 43 yaşlı Çjao Byancyanın ölümə səbəb olaraq beyində qan dövranını pozulması göstərilib.
İranda bombalar atılır: Qara tüstü yüksəlir - VİDEO
Mayk Tayson narkotik alverinə başlayır
Məsciddə PARTLAYIŞ: 11 ölü
Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində 11 nəfər ölüb. Hadisə Borno ştatının Qamboru şəhərində qeydə alınıb. Məscidə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində məscidin tam dağıldığı bildirilir.
İslam İnqilabı Keşikçiləri: İranda iğtişaşlara son qoyuldu
Niaqara şəlaləsi qismən donub
Niaqara şəlaləsi qismən donub. Kanadada və ABŞ-ın şimal hissəsində qeydə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olub.
Ermənistanda icra hakimiyyətinin binasında partlayış baş verib
Ermənistanın Lori vilayətinin Mets Parni kəndinin icra hakimiyyətinin binasında partlayış baş verib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Partlayış nəticəsində binanın divarı çatlayıb, arakəsmələr uçub. Xəsarət alanlar və hadisənin səbəbi haqda məlumat yayılmayıb.
Rusiyada dəhşətli qəza: 10 nəfər öldü, 4-ü uşaqdı
Türkiyədə Gülən hərəkatı ilə bağlı həbs edilənlərin sayı açıqlandı
Türkiyədə Fəthulla Gülən hərəkatına qarşı aparılan mübarizə çərçivəsində 48 305 nəfər həbs edilib. Məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında deyilir.
Eyfel qülləsi bağlandı
Fransa paytaxtında tüğyan edən "Eleanor" qasırğası səbəbindən Eyfel qülləsi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. Məlumata görə, sürəti saatda 140 kilometr olan qasırğa ölkənin 51 departamentini cənginə alıb.
Fransada 200 minə yaxın ev işıqsız qaldı
Fransada tüğyan edən "Eleanor" qasırğası 200 minə yaxın evi işıqsız qoyub. Bu barədə məlumatı "Enedis" milli elektrik təchizatı şirkətinin mətbuat xidməti yayıb. Xidmətin "Twitter" mikrobloqunda yayımlanan məlumatında deyilir: "Enedis"in 2 min əməkdaşı elektrik enerjisinin "Eleanor" qasırğasından əziyyət çəkən 200 min abunəçiyə verilişinin bərpa edilməsinə çalışırlar".
İraqın təhlükəsizlik qüvvələri 15 İŞİD terrorçusunu məhv edib
İraqın təhlükəsizlik qüvvələri ölkənin qərbində İraq-Suriya sərhədi yaxınlığında sərhədi keçib İraqa daxil olan 15 İŞİD terrorçusunu məhv edib. Bu barədə "Sinxua"xəbər agentliyi İraqın daxili işlər nazirliyinə istinadən məlumat yayıb.
Bu xəbəri oxuyanlar daha təyyarədə uçmayacaq - NASA-dan ŞOK ARAŞDIRMA
Təyyarələrin uçduğu yüksəklik artdıqca radiasiyanın miqdarı da artır. belə qənaətə Amerika Milli Kosmik Agentliyinin (NASA) alimləri gəliblər. Təyyarədə səyahətin insan sağlamlığı üçün təsirlərini araşdıran NASA-nın radiasiya mütəxəssisi Eddie Semonesin sözlərinə görə, yüksəklik artdıqca insanların qəbul etdiyi radiasiyanın miqdarı da artır.
İranın müxtəlif şəhərlərində iğtişaşlara qarşı yürüşlər keçirilir
İranın müxtəlif şəhərlərində son hadisələrə etiraz əlaməti olaraq yürüşlər keçirilir. Məlumata görə, Əhvaz, Kirmanşah, Qum, Xorrəmabad, Abadan və digər şəhərlərdə keçirilən kütləvi aksiyalar "Vəhdət yürüşü" adlandırılıb. Aksiya iştirakçıları "Amerikaya ölüm", "Fitnə yaradanlara ölüm" və "İsrailə ölüm" şüarları səsləndiriblər, iğtişaşçıların cəzalandırılmasını tələb ediblər.





.jpg)








