İslam İnqilabı Keşikçiləri: İranda iğtişaşlara son qoyuldu
3 Yanvar 2018 22:15 Dünya"Bu gün biz elan edə bilərik ki, ölkədəki qarışıqlıq başa çatıb və qiyam məğlub olub".
Oxu.Az Fars agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri bildirib.
Onun sözlərinə görə, ölkədəki iğtişaşlara son qoyulub və hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir: "Düşmənlərimiz bilməlidir ki, hərbi və təhlükəsizliklə bağlı hədələr İrana qarşı işləməyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31