Ermənistanda icra hakimiyyətinin binasında partlayış baş verib

Ermənistanın Lori vilayətinin Mets Parni kəndinin icra hakimiyyətinin binasında partlayış baş verib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Partlayış nəticəsində binanın divarı çatlayıb, arakəsmələr uçub. Xəsarət alanlar və hadisənin səbəbi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, 13 otaqdan ibarət 269 kv. metr sahəsi olan bina 2012-ci ildə tikilib.  Azadinform.az Ermənistan KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31