Dünya

Saakaşvilinin ekstradisiyasına hazırlıq gedir – Gizli danışıqların DETALLARI

3 Yanvar 2018 17:22

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə Ukraynadan vətəninə ekstradisiya edilə bilər.  Bu haqda siyasətçinin özü bildirib. Onun sözlərinə görə, yanvarın 3-də onunla bağlı üç məhkəmə prosesinin paralel keçirilməsi bunu deməyə əsas verir.

İran bu ölkəni agentlərin hazırlıq bazasına çevirib – İsraildən İTTİHAM

3 Yanvar 2018 17:20

İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən “terror şəbəkəsi”ni ifşa edib.  Bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, terror şəbəkəsi İran kəşfiyyatına işləyirdi.

İsraildən açıq təhdid: “Hazır olun, vuracağıq!”

3 Yanvar 2018 17:18

“Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından “İslami Cihad” hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq”. Bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib. O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.

Misirdə böyük terror aktının qarşısı alındı

2 Yanvar 2018 20:13

Misir təhlükəsizlik qüvvələri bir qrup terrorçu tərəfindən hazırlanan böyük terror aktının qarşısı alıb. Bu barədə ölkənin daxili işlər nazirliyinin nümayəndəsi deyib. Belə ki, polis paytaxt Qahirənin yaxınlğında yerləşən yaşayış məntəqələrin birində partlayıcı maddələrin olduğu ambar barədə məlumat alıb.

Saakaşvili Kiyev sakinlərini mitinqə səslədi

2 Yanvar 2018 20:08

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubertnatoru Mixail Saakaşvili Kiyev sakinlərini hüquq müdafiəçisi İrina Nozdrovskayanın qətli ilə bağlı mitinqə səsləyib. Siyasətçi şəhər sakinlərini DİN və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasının qarşısında toplaşaraq qətl işinin ədalətli aparılmasını tələb etməyə səsləyib.

Əfqanıstanda 65 İŞİD üzvü zərərsizləşdirildi

2 Yanvar 2018 19:47

Əfqanıstan Silahlı Qüvvələrinin bu gün keçirdiyi əməliyyat zamanı 65 İŞİD üzvü zərərsizləşdirilib. Bu barədə "Tolo News" kanalı məlumat yayıb. Nanqarhar vilayəti qubernatorunun nümayəndəsi Ataullı Xoqiyani bildirib ki, Xaska Mina regionunda havadan və qurudan edilən hücum zamanı daha 18 nəfər yaralanıb.

Pakistandan ABŞ-a: Günah bizdə yox, sizdədir

2 Yanvar 2018 19:39

Pakistan Baş naziri Şahid Hakan Abbasi bu gün ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq hökumətin təcili iclasını keçirəcək. Hökumətin iclası ilə bərabər Milli Təhlükəsizlik Komitəsi də toplanacaq. Xarici İşlər Nazirliyi isə artıq bu gün Amerika səfiri Devid Heyliyə Xarici İşlər naziri Xoca Məhəmməd Asifin etiraz məktubunu təqdim edib.

ABŞ Yəməndə müharibəyə qatılır? - Nazir açıqladı

2 Yanvar 2018 19:36

Vaşinqton vətəndaş ölümlərinin azalması üçün əlindən gələni edəcək. Bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib. Mettis ABŞ-ın Yəməndə müharibəyə müdaxilə etməli olduğunu və müharibənin qarşısını almaq üçün lazım olan hər bir addımın atılacağını vurğulayıb.

Türkiyə Suriyadan vuruldu – Dərhal cavab

2 Yanvar 2018 19:34

Suriyadan Türkiyənin Hatay vilayətinə iki top mərmisi atılıb. Mərmilərin Bələngöz sərhəd məntəqəsinin yaxınlığındakı boş əraziyə düşdüyü, tələfat olmadığı bildirilib.

Şimali Koreya danışığa gəlir - Tramp

2 Yanvar 2018 19:32

Şimali Koreyaya qarşı sanksiya və digər tədbirlər öz nəticəsini göstərməyə başlayır. Pxenyan Seulla danışmaq arzusunu dilə gətirib. Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

Məşhur aktrisa İrandakı etiraz aksiyalarından yazdı: "Gözəl bir qığılcım alovlanıb" - FOTOLAR

2 Yanvar 2018 19:31

Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay İranda baş verən etiraz aksiyalarına münasibət bildirib. Aktrisa bu barədə “Tvitter” səhifəsində yazıb.