İsraildən açıq təhdid: “Hazır olun, vuracağıq!”

“Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından “İslami Cihad” hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq”. Bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib. O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.

"Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından "İslami Cihad" hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq". Bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib. O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.

"Araşdırmanın nəticəsində cümə günü atılan raketin ötən il noyabrın 30-da "İslami Cihad" tərəfindən Qəzzanın şimalından atılan raketlərə bənzədiyi məlum olub. Bu, eyni zamanda Həmasın "İslami Cihadı" nəzarət altında saxlamaqda nə qədər çətinliklə qarşılaşdığını göstərir", - İsrail ordusunun sözçüsü qeyd edib. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31