Rusiyada dəhşətli qəza: 10 nəfər öldü, 4-ü uşaqdı

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Nyaqan şəhərində faciəvi yol qəzası baş verib.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər həlak olub. Bunlardan dördü uşaqdır.

Hazırda hadisə yerində FHN-in 50-yə qədər əməkdaşının, təcili yardım həkimlərinin və hüquq-mühafizə orqanları təmsilçilərinin işlədiyi bildirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31