Dünya

Stokholm metrosunda partlayış olub - YENİLƏNİB

7 Yanvar 2018 16:13

Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub. Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb. Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.

Rusiyada müsəlman qadın jurnalistin prezidentliyə namizədliik iddiası rədd edildi

7 Yanvar 2018 16:05

Dağıstan Muxtar Respublikasının Baş Müftisinin xanımı, "İslam" jurnalının baş redaktoru Ayna Gamzatovanın Rusiya prezidentliyinə namizədlik iddiası rədd edilib. Rusiya Mərkəzi Seçki Komissiyası namizədliyin qəbul edilməmə səbəbi kimi bəzi prosedurların düzgün aparılmadığını göstərib.

8 günə 5 general həlak oldu

7 Yanvar 2018 16:02

Lotereyada fantastik UDUŞ: 560 milyon dollar

7 Yanvar 2018 12:51

ABŞ-da adı açıqlanmayan bir nəfər "Powerball" lotereyasında 559,7 milyon dollar udub. Uduşlu bilet Nyu-Qempşir ştatında satılıb. Bundan əvvəl 2017-ci ildə 53 yaşlı Massaçusets sakini lotereyada 758 milyon dollar udmuşdu. 

Suriyada Rusiya aviabazasına növbəti hücum

7 Yanvar 2018 12:50

Ötən gün yanvarın 6-da axşam saatlarında Rusiyanın Suriyadakı Hmeymim aviabazasına yeni hücum olub. Bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4" Telegram-kanalı məlumat yayıb.

Myanmada 5,5 maqnitudalı zəlzələ olub

7 Yanvar 2018 11:39

Bu gün Myanmada güclü zəlzələ olub. Məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Venesuelada hərbçilər supermarketlərin qorunmasına cəlb edilib

7 Yanvar 2018 11:34

Venesuealada hərbçilər və polis əməkdaşları supermarketlərin girişini mühafizə edir. Buna səbəb paytaxt Karakasdan 460 km cənubda yerləşən Kaykar şəhərində 20 mağazanın talan edilməsi və 48 nəfərin saxlanması, o cümlədən qeyri-rəsmi məlumatlara görə 2 nəfərin ölməsi olub. Yanvarın 6-da şəhərlərdə, əsasən də Karakasda supermarketlərin mühafizəsinə hərbçilər və polis əməkdaşları cəlb edilib.

11 şahzadənin həbsinin səbəbi AÇIQLANDI: su və işıq pulu

7 Yanvar 2018 11:11

Səudiyyə Ərəbistanında 11 şahzadənin həbsinin səbəbi açıqlanıb. Buna səbəb şahzadələrin kral sarayında etiraz keçirməsi olub. Bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Müjib bildirib.

Aralıq dənizində 25 miqrant batdı

7 Yanvar 2018 11:08

Liviya sahillərində hava ilə doldurulmuş qayığın çevrilməsi nəticəsində azı 25 nəfər batıb. Gəminin digər sərnişinlərini xilas etmək mümkün olub. Qaçqınlar Aralıq dənizindən keçərək Avropaya getmək niyyətində olublar.

Üsyançılar 13 gənci qətlə yetirdi, 6 nəfəri yaraladı

7 Yanvar 2018 11:06

Seneqalda separatçı üsyançılar 13 gənci qətlə yetirib. Bu barədə Seneqal ordusunun nümayəndəsi Abdou Ndiaye bildirib. Onun sözlərinə görə, qətlə yetirilən gənclər Ziquinçor şəhərinin yaxınlığındakı meşədə odun yığırmış. Üsyançıların hücumu zamanı, həmçinin daha 6 nəfər xəsarət alıb.