Bir neçə nazir vəzifəsindən kənarlaşdıracaq
7 Yanvar 2018 14:52 DünyaBöyük Britaniyanın baş naziri Tereza Mey yanvarın 8-də Nazirlər Kabinetində kadr dəyişikliyinə dair bir neçə qərarını açıqlayacağını bəyan edib.
APA-nın "The Sunday Times" nəşrinə istinadən verdiyi xəbərə görə, bir neçə nazir postuna yeni simaların gələcəyi bildirilir. XİN, DİN, maliyyə və "Breksit" üzrə nazirlər öz vəzifələrində qalacaqlar.
T.Mey, həmçinin, hökumət aparatının yeni rəhbərini təyin edəcək. Əvvəlki rəhbər Demian Qrin pornoqrafiya qalmaqalına görə istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31