Dünya

Murad Bozla səhnəyə çıxan Hadisə hərəkətləri ilə HAMINI ŞOKA SALDI - VİDEO

16 Yanvar 2018 14:47

Hadisənin Murad Bozla İstanbulda verdiyi açıq hava konsertində aqressiv davranışlar nümayiş etdirməsi hər kəsi şoka salıb. Müğənni yağışlı havada konsert verib. Yağışdan dolayı konsertdə musuqi alətlərində və cihazlarda problem yaranıb. Hadisənin özündən çıxmasına da səbəb bu olub.

Biz bu münaqişələri həll edə bilərik - Lukaşenko

16 Yanvar 2018 14:16

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Avropa bölgəsində təhlükəsizlik donoru adlandırıb. O, Belarusun regionda bir sıra münaqişələrin həlli üçün platforma olduğunu vurğulayıb: “Belarus bu gün sülhsevər Avropa dövlətidir. Hər hansı ölkənin suverenliyi və müstəqilliyinin təmin edilməsi həmişə iqtisadiyyatdan asılıdır.

Türkiyə Suriya siyasətində təklənir

16 Yanvar 2018 14:09

Türkiyənin artan siyasi və iqtisadi qüdrəti, xüsusilə də Yaxın Şərq regionunda nüfuz dairəsinin genişlənməsi Qərbi, Birləşmiş Ştatları, hətta hərdən düşmən, hərdən də dost olan Rusiyanı belə ciddi şəkildə narahat edir. Baxmayaraq ki, Moskva Qərbə qarşı dirəniş göstərməkdə Ankaranı özünə müttəfiq edə bilib, amma Suriya məsələsində Rusiya heç də müttəffiqlik prinsiplərinə əməl etmir desək yanılmarıq.

Amerika generalı: “Rusiya Avropaya hücum etmək üçün hazırdır”

16 Yanvar 2018 14:08

“Moskvanın yenilənmiş hərbi potensialından Avropaya qarşı istifadəyə hazır olması istisna edilmir”. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford NATO-nun Hərbi komitəsinin Brüsseldə keçirilən müşavirəsində deyib.

"Facebook" statusları redaktə etmək funksiyasını ləğv etdi?

16 Yanvar 2018 14:02

Son dövrlərdə sürətlə reytinq itirən "Feysbuk" şirkəti günü-gündən istifadəçilərinin etimadını da itirir. Bu gün "Feysbuk" istifadəçilərinin əksəriyyəti paylaşımlarını redaktə edə bilmədiklərini bildiriblər. "Feysbuk"un rəsmi səhifəsində isə mövzu ilə bağlı heç bir açıqlama verilməyib. İlkin ehtimallara görə, bu sistemdə gedən yeniliklərlə bağlıdır.

Məktəb avtobusu yaşayış evinə girdi: 47 yaralı - Almaniyada

16 Yanvar 2018 13:45

Almaniyada məktəb avtobusu yaşayış evinin divarına çırpılıb. Qəza nəticəsində 47 nəfər yaralanıb. Yaralılardan 10-nun ağır vəziyyətdə olduğu bildirilir.

Ramzan Kadırovun adı “qara siyahı”ya salındı

16 Yanvar 2018 13:03

Litvanın Miqrasiya Departamenti “Maqnitski siyahısı”nı dərc edib. Siyahıda Çeçenistan prezidenti Ramzan Kadırov da daxil olmaqla, 49 Rusiya vətəndaşının adı yer alıb. Bu şəxslərin Litvaya girişi qadağan edilib. Məlumata görə, siyahı 2017-ci ildə ABŞ-ın tərtib etdiyi “Maqnitski siyahısı”na anoloji olaraq hazırlanıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb

16 Yanvar 2018 13:01

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb. Məlumata görə, bu barədə “news.am” saytı xəbər yayıb.

İrəvan qarışıb: Sərkisyan hakimiyyətdən gedə bilər

16 Yanvar 2018 12:41

Ermənistanda siyasi hakimiyyətin yenilənməsi, Sərkisyan və onun Qarabağ klanının yerinə başqa bir qrupun gəlməsi kifayət qədər real görünür.

AB 8 ölkəni qara siyahıdan çıxarır

16 Yanvar 2018 12:37

Avropa Birliyi 8 ölkəni ofşorlarla bağlı hazırladığı qara siyahısından çıxara bilər. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Qara siyahıdan çıxarılacaq ölkələrin Panama, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Barbados, Qrenada, Makao, Monqolustan və Tunis olduğu bildirilib.

Aİ İrəvana şərt qoydu: Metsamor bağlansın!

16 Yanvar 2018 12:31

Avropa İttifaqı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib. Beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir.

Ana uşaqlarını öldürüb, intihar etdi

16 Yanvar 2018 12:17

Ana Yutub-da məşhurlaşan uşaqlarını öldürüb, sonra da intihar edib. Christina Treadway adlı qadın uşaqlarını öldürdükdən sonra körpüdən atlayaraq özünü öldürüb. O, övladları 7 yaşlı Isaiah Miller və 3 yaşlı Iliya Miller-i öldürdükdən sonra Karolina ştatındakı I-485 körpüsünə çıxaraq intihar edib. Hadisə ilə bağlı cinayət işi açılıb. Polislər cinayətin səbəbini araşdırır. Uşaqların atası cinayətdə şübhəli deyil. İntihar edən qadının anası FOX TV-yə açıqlamasında bildirib ki, o, çox yaxşı valideyn və ər olub. "O, həyat yoldaşından özünü öldürməsi ilə bağlı mesaj aldı. Özünü itirdi. Qızım mesajda özünü öldürəcəyini və buna görə üzr istədiyini qeyd etmişdi. Uşaqlarına atası çox yaxşı insan idi. Qızımın belə etməsinin səbəbini bilmirik".

Qərar verildi: Rohincalılar geri qayıdacaq

16 Yanvar 2018 12:05

Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək. Məlumata görə, bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir. Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb. Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.

Conson: “Dünyanı nüvə savaşından bu xalq xilas edəcək”

16 Yanvar 2018 12:00

Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “Qardiyan” nəşrinə açıqlamasında deyib. “Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib. Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir: “Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

Əsl savaş burada BAŞ VERƏCƏK

16 Yanvar 2018 11:59

ABŞ-ın “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etməsindən sonra Fərat çayının şərqi Türkiyənin milli təhlükəsizlik məsələsinə çevrilib.