Dünya

8 tonluq PLOV bişirildi - Dünyada İLK

16 Yanvar 2018 11:50

Özbəkistanda dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib. Ötən il Daşkənddə keçirilən Ənnənəvi Mədəniyyət Festivalında bişirlən plovun çəkisi 7360 kiloqram olub. Hazırlanan özbək plovu Ginnesin Rekordlar Kitabına düşüb. Bu dəfə isə Surxandərya vilayətinin Denauy rayonunda hazırlanan 8 tonluq plov dünya mətbuatının diqqətini çəkib.

Tramp KXDR mövzusunda Çinlə ortaq qərar aldı

16 Yanvar 2018 11:48

Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp KXDR-də mövcud problemləri nizama salmaq məqsədilə telefon əlaqəsi saxlayıb. Bu barədə Çinin yerli mətbuat orqanları məlumat yayıb. Məlumata görə, liderlər iki tərəfli razılıq halında mövcud sferada yeni koordinasiya və daha güclü əməkdaşlıq haqqında fikir mübafiləsi ediblər. “Telefon söhbəti zamanı liderlər Koreya yarımadası məsələsində son irəliləmələri müzakirə edərək yeni çıxış yolları haqqında, həmçinin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığı haqqında sağlam dinamikanı davam etməyə razılıq veriblər.

Körpü uçdu: 10 nəfər öldü, 2 nəfər itkin düşdü

16 Yanvar 2018 11:46

Kolumbiyada inşa edilməkdə olan körpünün qəfildən uçması 10 nəfərin ölümünə səbəb olub. Hadisə zamanı ərazidə 40 nəfərə yaxın işçi heyəti olub. Dəhşətli hadisənin Kundinamarka və Meta departamentlərinin sərhəd istiqamətlərində baş veridyi bildirilir.

Biznesmen qızının toyundan möhtəşəm görüntülər

16 Yanvar 2018 11:43

Qazaxıstanda keçirilən dəbdəbəli toy milyonlarla dəyəri olan tortuyla qonaqların yaddaşına həkk olub. “Forbes Qazaxıstan”ın yazdığına görə, 1500 kiloqramlıq tort 3 milyon 750 min (təxminən 112 min 500 AZN) rubla başa gəlib. Tortu məşhur qənnadçı Renat Aqzamov hazırlayıb.

Qadınlara spirtli içkilərin satışı qadağan edildi

16 Yanvar 2018 11:42

Şri-Lankanın prezidenti Maytripala Sirisena qadınlara spirtli içkilərin satışını qadağan edib.  Bu qərar ölkənin bəzi yerlərində mühafizəkar buddistlər tərəfindən etirazla qarşılanıb.

"Yaşamaq şansım beş faiz idi" - Şeron Stoun

16 Yanvar 2018 11:36

Məşhur aktrisa Şeron Stoun ölümdən dönüb.  Bu barədə amerikalı akrisanın özü açıqlama verib. 59 yaşlı Stoun açıqlamasında 2001-ci ildə insult keçirdiyini söyləyib: “Yaşamaq şansım cəmi beş faiz idi.

Putin: Kommunizm xristianlığa bənzəyirdi

16 Yanvar 2018 11:27

Kommunizm xristianlığa bənzəyirdi. Məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Leninin nəşinin basdırılması ilə bağlı mübahisələrə toxunan dövlət başçısı qeyd edib: "Bəlkə bir çoxlarının xoşuna gəlməyəcək, amma deyəcəyəm. Ateizm dövründə rahiblər yox edildi, kilsələr dağıdıldı.

Roma Papası Çiliyə gələn kimi etitazlar başladı

16 Yanvar 2018 11:25

Çilinin Konsepsyon şəhərində Roma Papası Fransiskin səfər vaxtına salınmış etiraz aksiyası nümayişçilərlə polis arasında qarşıdurma ilə başa çatıb. Məlumata görə, etirazçılar hökuməti Çilinin pontifikə olduğu kimi təqdim edilməməsinə görə tənqid ediblər. Polis aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib, 30 etirazçı saxlanılıb.

Cəllad ata və ana: 13 övladı kölə, qul kimi saxladılar

16 Yanvar 2018 11:02

ABŞ-ın Kaliforniya ştatında 17 yaşlı qızın çağırışı ilə hadisə yerinə yollanmış polis evdə soyuqdan titrəyən, bir dəri-bir sümük olan, aclıqdan səndirləyən 13 "əsir"i aşkarlayıb. Onların bəziləri zəncirlərlə çarpayılara bağlanmışdılar.

Məşhur aktyor evində ölü tapıldı

16 Yanvar 2018 10:32

“Dondurmam qaymaq” filmi ilə məşhurlaşan türkiyəli kino və teatr aktyoru Turan Özdemir ürək tutmasından vəfat edib. Olaylar.az türk mətbuatına istinadən bildirir ki, aktyor serial çəkilişləri ilə əlaqədar İstanbulda mənzil kirayələyərək orada yaşayırdı. Aktyorun Bodrumda yaşayan həyat yoldaşı Müzeyyen Özdemir Turan Özdemirin onun  zənglərinə cavab verməməsnə narahat olmuş və dostlarından evə getmələrini xahiş edib. Aktyorun evinə gələn dostları Turan Özdemirin cansız bədəni ilə qarşılaşıblar.

Prezident üçüncü dəfə ata oldu

16 Yanvar 2018 09:11

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin oğlu anadan olub. Bu barədə dövlət başçısının rəsmi Facebook səhifəsində bildirilib. “Toma Marqvelaşvili anadan oldu”, - rəsmi səhifədə yazılıb.

4,3 bal gücündə zəlzələ

16 Yanvar 2018 09:08

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina etdi

16 Yanvar 2018 09:04

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib. Bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib. Məlumata əsasən, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.

Kabilin mərkəzinə raket düşdü

16 Yanvar 2018 06:34

Əfqanıstanda naməlum şəxslər tərəfindən atılan raket Kabilin mərkəzinə düşüb. Bu barədə yerli Daxili İşlər Nazirliyinə istinadən “TOLO News” telekanalı məlumat yayıb. İdarə nümayəndəsi Nüsrət Rəhimi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.