Dünya
Bu qorxunc xəstəliklərə qarşı peyvənd hazırlandı
Çinin istehsal etdiyi iki peyvənd – poliomielitə qarşı ikivalentli peroral peyvənd və hepatit A-ya qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin təsnifatından keçib.
Qatar relsdən çıxdı - Sərnişinlər təxliyyə edildi
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində içərisində 60 sərnişin olan metro qatarı "qırmızı zolaq"dan kənara çıxıb. Bu barədə Şəhər Sərnişindaşıma İdarəsi "Tvitter" səhifəsində bildirib.
Mark nə üçün sərvətindən 3,3 milyard itirdi? - SƏBƏB
“Feysbuk”un qurucusu Mark Zükerberqin şəxsi sərvətinin miqdarının aşağı düşməsi ilə bağlı səbəb açıqlanıb. "Feysbuk"da artıq xəbər qaynaqlarında markalar, media və şirkətlər yerinə istifadəçilərin dostları və ailəsindən gələn paylaşımlar ön plana çıxacaq. Məhz bu dəyişikliyin olması şirkətin büdcəsinin 4,4%-ini itirməsinə səbəb olub. Markın şəxsi sərvəti isə 3,3 milyard azalıb.
Milli Qvardiyanın sabiq komandanı qətlə yetirildi
Gürcustan Milli Qvardiyasının sabiq komandanı, eks-deputat Samson Kutateladze qətlə yetirilib. İnsident Rustavi şəhərində qeydə alınib. S. Kutateladzenin başından güllələnərək öldürüldüyü məlum olub.
Ankaradan ABŞ-a SƏRT TƏLƏB: “İkisindən birini seçin”
“ABŞ tərəfini seçməlidir: ya müttəfiqləri, ya da terror təşkilatlarını”. Bunu ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib. Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, ABŞ koalisiya güclərinin adından bəyanat verə bilməz.
Baş nazir istefa verdi - Foto
Rumıniyanın baş naziri Mixay Tudose istefa verib. Yanvarın 15-də Rumıniyanın hakim Sosial-Demokrat partiyasının fövqəladə toplantısı keçirilib. Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib.
Rusiyalı ekspert: “Türkiyə buna icazə verməyəcək”
Yaşı 30-dan aşağı olan qadınlar... - Ərəblərdən YENİ QAYDA
Ərə getmək üçün karyerasına son qoyan aktrisa boşandı
İş adamı Emre Vatanseverlə ailə qurarkən karyerasına son qoyan aktrisa Yıldız Asyalı səssiz-səmirsiz boşanıb. 2015-ci ildə ailə quran cütlüyün 1 yaşlı Ayşe Mira adlı qızı var.
Pələnglər ata hücum etdi
Çində bir sirkdə pələnglər ata hücum ediblər. Məlumata görə, hər kəsin gözü qarşısında baş verən hadisə tamaşaçı tərəfindən qeyri-peşəkar kamera ilə çəkilib.
Rus qızlarının gözəllik sirri çözüldü!
Rus qadınlarının gözəlliyi inkaredilməz bir gerçəklikdir. Onların gözəllik sirləri bir çoxları üçün maraqlıdır. Rus qadınlarına görə gözəllik özünü necə göstərməkdən asılıdır. Ancaq onlar üçün xarici görünüş hər zaman önəmli deyil. Əsl gözəllik təbiilik və sağlamlıqla bağlıdır.
Con Kennedinin arvadına yazılan sevgi məktubu 123 min dollara satılıb
Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Deyvid Ormsbi-Qorun Con Kennedinin həyat yoldaşı Jaklin Kennediyə yazdığı sevgi məktubu hərracda 123 min dollara satılıb.
Türkmənistanda "falçı ovu" başladı
Türkmənistanda bu ilin əvvəlindan falçılara qarşı əməliyyatlar başlayıb. Məlumata görə, bu barədə Türkmənsitan mətbuatı falçıların polis tərəfindən saxlanılması hallarının olması barədə xəbərlər yayıb. Məlumata görə, falçılar polis tərəfindən saxlanılır və cərimə olunur.
Mustafadan gözlənilməz həmlə
10 illik evliliklərinin bitəcəyi deyilən müğənni Mustafa Sandalla Emina yenidən hər kəsi təəccübləndirib. Mustafa ad günü olan xanımını təbrik edib. Sosial şəbəkədə Eminanın fotosunu paylaşan Sandal yazıb: “Ad günün mübarək, dünyanın ən gözə gülüşünə sahib qadını!”.
Ərinin keçmiş arvadı aparıcını məhkəməyə verdi
Aparıcı Nursel Erginin iş adamı həyat yoldaşı Murad Akyerin keçmiş xanımı Kamer Odabaşıo məhkəməyə şikayət ərizəsi yazıb. Qadın aparıcının onun uşaqlarına pis davrandığını iddia edib: “Uşaqlarım həftə sonu atalarında qalanda həmin qadın onlara qadağan etdiyim şirniyyatları yedirdir və bütün gün televizora baxdırır”.














