Dünya

“Suriyadakı bütün terror yuvalarını bir-bir dağıdacağıq”

16 Yanvar 2018 16:51

“İnşallah yaxın vaxtlarda Afrin və Münbiç şəhərlərindən başlayaraq Suriyadakı bütün terror yuvalarını bir-bir dağıdacağıq”.   Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, buna nə müttəfiqimiz kimi görünüb kürəyimizdən vurmağa qalxanlar əngəl ola bilər, nədə ki siyasətçi görünüşlü terrora dəstək verənlər mane ola bilər.

İran XİN: “ABŞ ordusunu Suriyadan çıxartmalıdır”

16 Yanvar 2018 16:50

"ABŞ qəbul etdiyi son qərarla Suriyanın daxili işlərinə açıq-aşkar müdaxilə edir”.  Bunu İranın xarici işlər nazirinin sözçüsü Bəhram Qasımi bildirib. XİN sözçüsü qeyd edib ki, bu qərar ölkədə böhranı daha da çıxılmaz vəziyyətə gətirəcək: “İran Türkiyə və Rusiya Astana sammitində Suriya ilə bağlı birgə qəbul etdiyi qərara əsasən bu ölkədəki böhranı nəzarət altına almağı çalışırlar. Bu məsələdə irəliləyişlər də əldə edilib”.

35 ildən sonra ilk dəfə kinoteatrlarda film izlənilib – Səudiyyə Ərəbistanında

16 Yanvar 2018 16:49

Krallıqda uzun illərdən sonra ilk dəfə kinoteatrlara lisenziya verilib. Amma hələki, tamaşaçılar üçün müvəqqəti yerlər təchiz olunub.  Səudiyyə Ərəbistanı xalqı 35 ildən sonra ilk dəfə geniş ekranda film izləyib. 

Əfqanıstanda torpaq davası - Onlarla ölü və yaralı

16 Yanvar 2018 16:44

Əfqanıstanın cənubunda iki tayfa və “Taliban” arasında baş vermiş toqquşma nəticəsində 30 nəfər həlak olub, daha 40 nəfər xəsarət alıb. Məlumata görə, münaqişə tayfalar arasında torpaq mübahisəsi ilə əlaqədar başlayıb.

Ərdoğan: "Trampa zəng etməyəcəyəm"

16 Yanvar 2018 16:42

“Suriya məsələsinə görə ABŞ Prezidenti Donald Trampa zəng etmək niyyətində deyiləm”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.

ABŞ-dan türk əsgərlərinə qarşı XAİN ADDIM

16 Yanvar 2018 16:21

ABŞ PYD ilə gizli razılığa gələrək, Afrindəki YPG güclərinə (PYD-nin silahlı qanadı) səyyar minaatanlar verib. Bu barədə “RİA Novosti” “Əl Masdar News”-a istinadən məlumat yayıb. Məlumata görə, qısa mənzili səyyar minaatanlar ötən həftə gizli şəkildə Afrinə daşınaraq, YPG-yə təhvil verilib. Terrorçular bu silahlardan Türkiyə ordusuna qarşı istifadə edəcəklər.

Balkan böhranı: Serbiya danışıqları dayandırdı

16 Yanvar 2018 15:59

Serbiya Brüsseldə keçiriləcək Kosova ilə dialoqun növbəti mərhələsində iştirakdan imtina edib. Bunu jurnalistlərə açıqlamasında Serbiya hökumətinin nümayəndəsi Marko Curiç söyləyib. Onun sözlərinə görə, Belqradın göndərdiyi nümayəndə heyəti serb siyasətçi Oliver İvanoviçin qətlinə görə görüşdən imtina edərək geri qayıdıb. O bu qətlin əsas hədəfinin Kosovanın şimalında xaos yaradaraq, bölgə əhalisini konfliktə cəlb etmək olduğunu bildirib.

Ərdoğan Vatikana gedir – 59 il sonra

16 Yanvar 2018 15:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Vatikana səfər edəcək.  Ərdoğan Vatikanda Roma papası Fransisklə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Qüds məsələsi olacaq.

54 yaşlı həkim tərəfindən zorlanan 20 yaşlı qız: "Hekayəmi danışmaqdan qorxmuram" - VİDEO 

16 Yanvar 2018 15:47

Amerikalı gimnast Simona Bayls keçmiş yığma komanda həkimi Lari Nassar tərəfindən təcavüzə məruz qaldığını deyib. 2016-cı il Rio Olimpiya oyunlarında 4 qızıl medal qazanan 20 yaşlı qız həkim haqqında bu cür iddia irəli sürən ilk idmançı deyil. Baylsdan öncə Qabbi Duqlas, Makkayla Maronet və Ali Raysman da Nassarı təcavüzdə ittiham etmişdi. 

Saakaşvili istintaqda dindirilir

16 Yanvar 2018 15:42

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib. O, cinayətkar qrup iştirakçılarına kömək göstərilməsi işi üzrə istintaq işində şübhəli şəxs qismində dindirilir. Məlumata görə, istintaq yerli vaxtla saat 12:00-a təyin edilsə də, M.Saakaşvili 20 dəqiqə gecikmə ilə çatıb.

Kiyev qarışdı: Radanın önünə 4 min polis yeridildi

16 Yanvar 2018 15:38

Ukraynanın paytaxtı Kiyevdə Rada binasının qarşısında etirazçılarla hüquq mühafizə orqanları arasında toqquşma baş verib. Bu barədə “112 Ukraina” televiziyası məlumat yayıb. 

Dünyada ilk dəfə - QARĞIDAN HEYKƏLLƏR

16 Yanvar 2018 15:26

Türkiyəli sənətkar Abdullah Şengörənoğlunun dünyada bir ilkə imza atıb. Olaylar.az bildirir ki, onun düzəltdiyi qarğıdan ibarət olan kiçik heykəllər yanvarın 17 – dən fevralın 11 – dək İstanbul-Schneidertempel İncəsənət mərkəzində sərgilənəcək.

ABŞ Türkiyənin Afrin əməliyyatına "hə" DEDİ - MÜƏMMALI OYUN

16 Yanvar 2018 15:21

Pentaqon Türkiyənin Afrin əməliyyatına mane olmayacaq. Bu barədə ABŞ-ın rəhbərliyi altında koalisiya güclərinin sözçüsü Ryan Dillon deyib. “Afrin koalisiya güclərinin əməliyyat sahəsinə daxil deyil”, - deyə o bildirib.

Rusiyada ticarət mərkəzi boşaldıldı - BOMBA həyəcanı

16 Yanvar 2018 14:55

Rusiyada Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzi təxliyə olunub. Buna ticarət mərkəzinə boma qoyulması barədə anonim zəng səbəb olub. Məlumata görə, anonim zəng yerli polis idarəsinə daxil olub. Zəngdən dərhal sonra binadan 600-ə yaxın şəxs çıxarılıb. Hazırda ticarət mərkəzinin ətrafı nəzarətə götürülüb, polis binada axtarışları davam etdirir.

Türkiyə ordusu ABŞ-ın strateji mövqeyini məhv edəcək - HÜCUMDA İLK HƏDƏF AÇIQLANDI

16 Yanvar 2018 14:49

Afrin əməliyyatına hazırlanan Türkiyənin ilk hədəfləri məlum olub. Türk ordusu ilk növbədə PKK/PYD terrorçularının əlindəki Afrində 6 düşərgəni və Minniğ hərbi aerodromunu vuracaq. Minniğ aerodromu ABŞ-ın terrorçulara dəstək verdiyi əsas nöqtədir. Bu aerodromu sıradan çıxarmaqla Türkiyə ABŞ-ın əl-qolunu bağlamaq istəyir.