Dünya
Sinqapurda suyun keyfiyyətinin yoxlanılması üçün robotlardan istifadəyə başlanacaq
Sinqapur hakimiyyəti 5 yerli su anbarında suyun keyfiyyətinin yoxlanılması üçün robot qu quşlarından istifadəyə başlayacaq.
“Samsung” şirkəti “Galaxy On7 Prime” smartfonunu təqdim edəcək
“Samsung” şirkəti 17 yanvar 2018-ci il tarixində Hindistanda keçiriləcək tədbirlə əlaqədar jurnalistlərə dəvət göndərib. Həmin gün “Galaxy On7 Prime” smartfonu nümayiş etdiriləcək.
Hamiləlikdə alkoqol siqaretdən zərərlidir!
İngiltərədə həkimlər, hamiləlikdə qəbul edilən spirtin, siqaret və narkotikdən daha zərərli olduğunu söyləyib.
Arvadını yaxın dostu ilə yataqda tutdu - Onları otaqda görüncə şok oldum
Bodrumda 9 gündür yoxa çıxan məşhur iş adamı Ali Özdemiri (46) arvadı Tuğba Ö. ilə yataqda tutan ortağı Mustafa Ö.-nün öldürdüyü ortaya çıxıb. Təslim olan Mustafa Ö. qətlin səhəri prokurorluğa gedərək təslim olub. Polis qətldə əli olduğu iddia edilən Mustafanın qaynı və həyat yoldaşını da nəzarətə götürüb.
Fransada itmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşub
Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb. Məlumata görə, Sart qəsəbəsində dəmiryolu vağzalında pişik sərnişinlərin və işçilərin diqqətini cəlb edib. Pişiyi qatardan uzaqlaşdırmağa çalışsalar da, heyvan qatara daxil olub. Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb və şəkillərini “Twitter” sosial şəbəkəsində yerləşdirib.
Rus kəşfiyyatçıları Ermənistana girdi - DAĞLARDA DÖYÜŞ
Rusiyanın Cənub hərbi dairəsinin Ermənistanda yerləşdirilən bazasında kəşfiyyatçılar döyüş təlimlərinə başlayıb. Rus kəşfiyyatçılar dağlarda şərti təxribat qrupu ilə döyüşüblər.
Yanvarın 20-dən etibarən yollar ödənişli olacaq
Şimali Koreyada yanvarın 20-dən etibarən yollar ödənişli olacaq. Məlumata görə, eləcə də Pxenyan-Vonsan turistik yolunun da ödənişli əsaslarla xidmət göstərəcəyi bildirilib. Məlumata görə, hazırda ölkənin avtomagistrallarında ödənişlər üçün toll-qeytlər quraşdırılır.
30-a yaxın uşağı olan bələdiyyə sədri 19 yaşlı qızla evləndi - Qohumlar imtina etdi - VİDEO
Türkiyənin Batman rayonunun bir kəndində bələdiyyə sədri vəzifəsində çalışan 4 arvadlı, 30-a yaxın uşağı olan 68 yaşlı M.S.Ö. 5-ci evliliyini 19 yaşlı A.B. ilə reallaşdırıb.
Rusiyada prezidentliyə namizədlərin sırası seyrəldi - Bulayev namizədliyini geri çəkdi
Bu il Rusiyada keçirilən prezident seçkilərində namizədliyi irəli sürülmüş Volqoqrad Şəhər Dumasının deputatı Oleq Bulayev namizədliyini geri götürüb. O, bu qərarını belə izah edib ki, kommunistlrin elektrotatını bölmək istəməyib.
Papua-Yeni Qvineyada güclü zəlzələ - Ardınca sunami gəlir?
Papua-Yeni Qvineyanın şimal sahillərində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələnin episentri Vabaq şəhərindən 81 kilometr şimal-şərqdə, yerin 88 kilometr dərinliyində qeydə alınıb.
Rusiyada nə yesəniz də, toyuq əti yeməyin!
"Roskontrol" qeyri-kommersiya təşkilatı bazara broyler toyuqları çıxaran 6 brenddə yoxlamalar aparıb. Məlumata görə, yoxlamalar zamanı həmin ətlərdə antibiotiklər, təhlükəli bakteriyalar və ərzağın kütləsini artırmaq üçün istifadə olunan duz məhlulu inyeksiyasının əlamətləri aşkar edilib.
Dağlıq Qarabağda Ermənistan əsgəri intihar edib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində meyiti tapılan Ermənistan ordusunun əsgərinin ölümünün səbəbi məlum olub.
Gürcülər Rusiyanı ABŞ-dan güclü hesab edir
Gürcülər Rusiyanı ABŞ-dan hərbi baxımdan daha güclü hesab edirlər. Bu nəticə Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, əhalinin 41%-i Rusiyanı, 36%-i isə ABŞ-ı güclü hesab edir.
Bu kəndin adamları - 62 dərəcə soyuqda yaşayır
Rusiyanın Saxa-Yakutiya bölgəsindəki Oymyakon kəndi dünyanın ən soyuq havalı kəndi sayılır. Oymyakon ulusunda, İndiqirka çayının sahilində yerləşən bu kənddə yanvar ayında havanın orta temperaturu -50 dərəcə olur.
Elə asqırdı, boğazı cırıldı
Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib. Məlumata görə, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib. Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər. O, xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində yalnız mədə zondu vasitəsilə qidalanıb.














