Rusiyada nə yesəniz də, toyuq əti yeməyin!

"Roskontrol" qeyri-kommersiya təşkilatı bazara broyler toyuqları çıxaran 6 brenddə yoxlamalar aparıb. Məlumata görə, yoxlamalar zamanı həmin ətlərdə antibiotiklər, təhlükəli bakteriyalar və ərzağın kütləsini artırmaq üçün istifadə olunan duz məhlulu inyeksiyasının əlamətləri aşkar edilib.

Yoxlamalara "Petelinka", "Rjevskoe podvorye", "Miratorq", "Yasnıe zori", "To, şto nado!" və "Kajdın den" brendlərinin məhsullarının cəlb edildiyi bildirilib.

Məlumata görə, bir çox nümunələrdə mikroorqanizmlər normadan 20-30 dəfə çox olub ki, bu, sanitar qaydaların, istehsal texnologiyasının, saxlanma və istifadə müddətinin pozulması deməkdir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31