30-a yaxın uşağı olan bələdiyyə sədri 19 yaşlı qızla evləndi - Qohumlar imtina etdi - VİDEO

Türkiyənin Batman rayonunun bir kəndində bələdiyyə sədri vəzifəsində çalışan 4 arvadlı, 30-a yaxın uşağı olan 68 yaşlı M.S.Ö. 5-ci evliliyini 19 yaşlı A.B. ilə reallaşdırıb.

Türkiyənin Batman rayonunun bir kəndində bələdiyyə sədri vəzifəsində çalışan 4 arvadlı, 30-a yaxın uşağı olan 68 yaşlı M.S.Ö. 5-ci evliliyini 19 yaşlı A.B. ilə reallaşdırıb.

Milli.Az Hurriyet-ə istinadən xəbər verir ki, özündən 49 yaş kiçik qızla ailə həyatı quran M.S.Ö.-nün neçənci evliliyi olduğunu unudan övladları və qohumları bahalı bir restoranda baş tutan toya qatılmayıb. Bir həftə öncə baş tutan mərasim yüzlərlə insan üçün nəzərdə tutulan zalda keçirilsə də toy sadəcə bir neçə nəfərin iştirakı ilə keçirilib. 

Qeyd edək ki, 68 yaşlı bələdiyyə sədrinin aldığı 19 yaşlı qızın atası çobanlıq edir. 

M.S. evlənmədiyini və toyun formal olduğunu deyib. A.B. isə gəlinliyə həsrət qaldığı üçün belə bir addım atdıqlarını "Evlənmədik. Öz aramızda mahnı çalıb, oynadıq" fikirləri ilə izah etməyə çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31