Dünya

ABŞ Pxenyanla danışıqlara gedir: Denuklarizasiya...

25 Fevral 2018 22:58

Baxacağıq, Şimali Koreya administrasiyası bu günki açıqlaması ilə ilk addımda denuklarizasiyaya hazırdırmı...

Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz...

25 Fevral 2018 22:46

Rumıniyanın ana müxalifət partiyası – AKEL-in rəhbəri Andros Kiprianu Aralıq dənizində faydalı yataqlara görə yaranan gərginlikdən dolayı Kipr Respublikasının prezidenti Nikos Anastasiadisə xəbərdarlıq edib.

Ermənistanda zəlzələ - 3,3

25 Fevral 2018 22:24

Ermənistanın cənubunda yerli vaxtla 17:00 radələrində zəlzələ baş verib.  Yeraltı təkanlar İrəvandan 100 km cənubda yerləşən Elpin yaşayış məntəqəsində qeydə alınıb.Bildirilib ki, zəlzələnin maqnitudası 3,3-ə qədər çatıb.

Berlin kino festivalının əsas mükafatçısı məlum oldu

25 Fevral 2018 22:10

 “Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan “Qızıl ayı”ya layiq görülüb. Bunu şənbə günü festivalın münsiflər heyəti təntənəli mərasimdə elan edib. “Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçılarının birgə layihəsidir. Filmin rejissoru rumın Adina Pintiliye çoxdandır xaricdə yaşayır və ingilis dilində filmlər çəkir.

Bəy toy günü intihar etdi

24 Fevral 2018 21:29

Mustafa Sandalın həyat yoldaşından ŞOK AÇIQLAMA: "11 ildir ki, onu.."

24 Fevral 2018 21:27

Türkiyənin tanınmış müğənnisi Mustafa Sandal boşanma ərəfəsində olan həyat yoldaşı Əminə Sandal ilə oğlunun 6 yaşını qeyd edəcəyini desə də, həmin gün orda ola bilməyib. Türkiyə mediasının gündəmini zəbt edən xəbərə görə, Mustafa Sandalın oğlunun ad günündə iştirak edə biməməsinin səbəbi sadəcə iş olub. Bununla bağlı jurnalistlərə açıqlama verən Əminə Sandal isə deyib ki, bəhanədir, biz tezliklə boşanacağımız üçün o, ad gününə qatılmayıb.

Trampın seçki kampaniyasının sözçüsü ittihamları qəbul etdi

24 Fevral 2018 21:23

ABŞ prezidenti Donald Trampın ittiham edilən yaxın adamlarından biri haqqında irəli sürülən bütün ittihamları qəbul edib. Bu barədə Tramp özünün Tvitter səhifəsində məlumat yayıb. Belə ki, Donald Trampın seçki kampaniyasının sözçüsü olmuş Riçard Kates Rusiya araşdırması çərçivəsində haqqında irəli sürülən bütün ittihamları qəbul etdiyini bildirib.

Əri müğənnini silahla yaraladı

24 Fevral 2018 17:08

"Pi" ləqəbi ilə tanınan müğənni Pınar Demirkol əri tərəfindən döyülüb.  Əri və 7 yaşındakı oğlu ilə İstanbuldakı evində olan ifaçı haqda iddiaları qonşuları da təsdiqləyib.  Qəfildən əri ilə dava etməyə başlayan Pınar bağçaya çıxaraq nəfəs almaq istəyib. Bu hərəkətə əsəbiləşən Caner arvadına və qızına qışqırmağa başlayıb. 7 yaşındakı qız atasının əlindəki silahı görüb qışqırmağa başlayıb. 

Ərdoğandan sərt mesaj: "Bizim qanımızda yoxdur, amma siz qanınızda var..."

24 Fevral 2018 17:06

Ərdoğan: “Bizim qanımızda mülki vətəndaşları vurmaq yoxdur…” Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda partiyasının il konqresində vətəndaşların qarşısına çıxıb. Ərdoğan çıxışı zamanı “Bizim qanımızda mülki şəxsləri öldürmək yoxdur, amma siz qanınızda var” deyərək Suriyada sadə vətəndaşları öldürən qüvvələrə sərt mesajını verib.

Dünyanın ƏN KÖK ADAMI arıqladı - Ginnesin Rekordlarından çıxdı

24 Fevral 2018 16:51

Dünyanın ən kök adamı 690 kq-dan 453 kq-a qədər arıqlayıb. Meksikalı 33 yaşlı Xuan Pedro Franko haqqında Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumatda, ötən ilin ortalarından müalicəsinə başlanılan Pedronun bir neçə dəfə mədə kiçiltmə əməliyyatı keçirtdiyi, ciddi pəhrizə riayət etdiyi qeyd olunub. Daha əvvəl yerindən belə dura bilməyən Pedro artıq divarlardan tutaraq addım ata bilir.

NATO qərargahına bombalı hücum 

24 Fevral 2018 16:45

Əfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri baş verib. Paytaxt Kabildə kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın yaxınlığında partladıb. Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub. Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.

Terrorçulardan XAİN PLAN - Qocaları bombaya bağlayıb pusqu qururlar - FOTO/VİDEO

24 Fevral 2018 16:43

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatı çərçivəsində daxil olduğu Afrinin Maskah kəndində şok hadisə ilə qarşılaşıb. Əsgərlər bir evin zirzəmisində 4 nəfər 80-90 yaşlı kəndlini mina və bombaya bağlanmış şəkildə tapıblar.

Rusiya regiona daha iki Su-57 göndərdi – Səbəb

24 Fevral 2018 10:28

Rusiyanın daha iki beşinci nəsil Su-57 təyyarəsi Suriyaya gəlib. Bu barədə informasiyanı “Sputnik Arabik” yayıb. Agentlik hazırda Hmeymim bazasında 4 S-57-nin olduğunu bildirib.