Dünya
Jirinovski: Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm
Yaxın zamanlarda hər kəsi məcbur edəcəm ki, Rusiyaya hörmət etsinlər. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “İstərdim ki, bizim ölkə heç vaxt heç nəyi bağışlamasın. Bu qəbuledilməzdir. Mən hər kəsi ölkəyə hörmət etməyə məcbur edəcəyəm. Bundan sonra heç kim rus təyyarəsini vurmağa cəsarət etməyəcək. Vurulan hər təyyarəyə görə aqressorun mərmisinin havalandığı bir aviabaza məhv ediləcək.
İsveçrədə silahlı qarşıdurma: 2 nəfər ölüb
Yarım saata 151 şiş kabab yedi - VİDEO
Ağ Evə giriş bağlandı - TƏHLÜKƏ
Vaşinqtonda avtomobil Ağ Evin hasarına çırpılıb. Hadisə ilə əlaqədar Ağ Evin ərazisinə giriş bağlanıb. Avtomobilin sükanı arxasında qadın olub. Saxlanılan şəxs kiməsə zərər vurmaq niyyətində olmayıb. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. ABŞ prezidenti Donald Tramp Ağ Evin qarşısında baş vermiş hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib.
Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılır
ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək – Ekspert
ABŞ və bəzi kənar qüvvələr Putin-Ərdoğan-Ruhani görüşünə mane ola bilməyəcək.
Mun Çe-in və İvanka Tramp Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər
Cənubi Koreya Prezidenti Mun Çe-inlə ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Seulda keçirilən qapalı görüşün gedişində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Əfqanıstanda bir sutka ərzində azı 70 silahlı öldürülüb
Əfqanıstan Müdafiə Nazirliyi ölkənin bir neçə əyalətində keçirilən əməliyyatlar nəticəsində bir sutka ərzində azı 70 silahlının öldürüldüyünü iddia edir.
Tereza Mey martın 2-də “Brexit”lə bağlı hökumətin mövqeyini açıqlayacaq
Böyük Britaniyanın Baş naziri Tereza Mey gələn həftə ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı çıxış edəcək. “Downing Street” nümayəndəsinin sözlərinə görə, baş nazir martın 2-də hökumətin mövqeyinin detallarını açıqlayacaq. Tereza Meyin çıxışının Britaniyada baş tutacağı gözlənilir. Ötən ilin sentyabr ayında o, “Brexit” üzrə mövqeyini İtaliyanın Florensiya şəhərində bildirmişdi.
Myanmarda ardıcıl üç partlayış baş verib
Fevralın 24-də səhər saatlarında Myanmarın Arakan ştatında ardıcıl üç partlayış baş verib. Partlayışlar ştatın paytaxtı Akyabda (Situe) qeydə alınıb. Bir neçə polis əməkdaşının yüngül yaralandığı bildirilir. İlkin məlumata əsasən, ölən yoxdur. Fevralın 21-də Laşo şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
Yaponiya sahillərində zəlzələ baş verib
Yaponiya sahillərində 4,6 bal gücündə zəlzələ baş verib. Məlumata görə, Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Namiye şəhərindən 32 km cənub-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Məşhur Hollivud aktrisası 97 yaşında vəfat edib
Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey 97 yaşında dünyasını dəyişib. Məlumata görə, bu barədə “The New York Times” xəbər verib. Nanett Fabrey Kaliforniyada öz evində keçinib.
Meksikada universitetdə atışma olub, ölənlər var
Meksikanın paytaxtında universitetdə silahlı insident baş verib. Ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsində iki gənc öldürülüb. 20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
BMT TŞ-da Suriyada atəşkəsə dair səsvermə təxirə salınıb
BMT Təhlükəsizlik Şurası Suriyada atəşkəsə dair qətnamə layihəsinə şənbə günü, Nyu-York vaxtı ilə saat 12:00-da səs verəcək. Bu barədə İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuq bildirib.
Trampın sabiq müşaviri özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb
ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb. Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılan Manafort həmçinin 30 milyon dollar məbləğində “çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.














