Dünya
Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi - FOTOLAR
Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulardan azad etdiyi son 5 kənd strateji cəhətdən kritik önəmə sahib olub. Son azad edilən kəndlərlə birlikdə türk ordusu şimaldakı cəbhələri birləşdirib. Beləliklə daha bir istiqamətdə terrorçuların Türkiyə sərhədi ilə əlaqəsi kəsilib. Bununla da eyni zamanda Racu-Bülbül xətti birləşdirilib.
Binəli Yıldırım: "Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər"
Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib. B.Yıldırım bildirib ki, Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, bu qanlı faciəni törədənlər hələ də qanun qarşısında cavab verməyiblər: "Ermənistanın işğalçı siyasəti bir milyondan çox dinc insanın öz evlərini tərk etməsinə səbəb olub. Türkiyə olaraq, qardaş Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalını sərt bir şəkildə qınayırıq və hər zaman Azərbaycanın yanında olduğumuzu bir daha vurğulayırıq”.
“Grammy” mükafatının qalibi Bakıda konsert verəcək
Tanınmış böyük britaniyalı ifaçı Coss Stoun “Ümumi dünya turu” çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. “Live in the Land of Fire” adlı konsert proqramı martın 3-də “The Landmark”ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir.
Kürd Şahinlər Afrinə girir: PKK-ya ZƏRBƏ
Azad Suriya Ordusunun tərkibindəki Kürd Şahinleri Afrində davam edən "Zeytin Budağı" əməliyyatına qoşulacaq. “Qırmızı berelilər” kimi tanınan briqadanın Afrinin mərkəzinin mühasirəsində və buradakı əməliyyatlarda yer alacağı gözlənilir. Əməliyyat çərçivəsində 400 nəfər kürd və 200 nəfər ərəb əsgərlərdən ibarət olan ordu Türkiyə ilə birlikdə PKK / YPG və İŞİD terror qruplaşmalarına qarşı mübarizə aparacaq. Xüsusi təlimlər keçmiş döyüşçülərin yaxın zamanda Afrin bölgəsinə göndərilməsi gözlənilir.
"Xocalı soyqrımı əmrini Sarkisyan verib"- "Nezavisimaya qazeta"
Rusiya mətbuatının aparıcı KİV-dən biri olan "Nezavisimaya qazeta" Xocalı soyqırımının 26-cı ildönünümü ilə bağlı məqalə dərc edib. "Xocalı faciəsinə etinasız yanaşma qəbulolunmazdır" başlıqlı məqalədə soyqırım haqqında qandonduran məqamlar və bu dəhşətli hadisələrin cəzasız qalmasının gələcəkdə dünyanın başqa yerlərində də təkrarlanmasına gətirib çıxaracağı vurğulanıb:
İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi
Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib. Özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə “çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.
Suriyada dinc sakinlər həlak oldu
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bazar günü Suriyanın iki yaşayış məntəqəsinə - Əş Şaafa və Zahrat-Alvaniyə hava zərbəsi endirib. Hücum nəticəsində 29 dinc sakin həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır.
Britaniyada güclü partlayış - Yaralılar var - FOTO
Böyük Britaniyanın Lester şəhərində yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir. Şəhər polisi "ciddi insident" baş verdiyini bildirərək, təffərüatları açıqlamaqdan imtina edib. Məlumata görə, hadisə yerinə 6 yangınsöndürmə briqadası cəlb edilib.
"Türkiyəyə sığınmış 350 min Afrin sakini öz torpaqlarına qayıdacaq"
Siz sevgi naminə belə "dəlilik" edərdinizmi?
Moskvada bomba həyəcanı: 4 minə yaxın insan təxliyə edildi
Rusiyanın paytaxtı Moskvada Manejnoy meydanının yaxınlığında yerləşən "Oxotnıy Ryad" ticarət mərkəzində bomba olması barədə polisə anonim zəng daxil olub.
Hüseyn Əzizoğlundan Əlixan Rəcəbova CAVAB
Daha bir məşhur aktrisa vəfat etdi
"The Vicar of Dibley" komediya serialında "Alice" obrazını canlandıran aktrisa Emma Çambers 53 yaşında vəfat edib. Bu barədə ingiltərəli aktrisanın yaxınları məlumat verib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ ki, məlum deyil.
16 türk qadın barəsində EDAM HÖKMÜ çıxarıldı
İraqın Cinayət Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadın barəsində edam hökmü çıxarıb. Bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb. Xəbərdə bildirilir ki, onlar İŞİD terror qruplaşmasına dəstək verməkdə ittiham ediliblər.
Türkiyə Afrin əməliyyatlarını dayandırdı?
BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsi “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcək. Bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.














