Dünya
Türkiyə, İran, Rusiya münasibətlərinin Afrin imtahanı
Türkiyənin Suriya ərazisində yanvar ayının 20-də başladığı hərbi əməliyyatlar davam edir. Bu hərəkatla bağlı ciddi analiz aparmaq tez olsa da ilkin nəticələr müəyyən fikirlər səsləndirməyə imkan verir. Türkiyənin özündə belə əməliyyatın istənilən səviyyədə getmədiyini təsdiq edirlər. Afrinə hücum ildırım sürətli olmalı və dünya ictimaiyyətinin Türkiyəyə səsini qaldırana qədər başa çatmalı idi.
Aylardır maşınında gizlənirmiş - Bu gün tutuldu
FETÖ imamı aylardır gizləndiyi avtomobilində yaxalanıb. İstanbulda, FETÖ-nün "Ümitcilər" qrupuna daxil olan Mərmərə Dəniz Qüvvələrinin imamı Ersin K. saxlanılıb. Aylardır yatıb-durduğu maşınının içərisində tutulan din xadiminin ev formasına saldığı avtomobilində aparılan araşdırmalarda təşkilata aid gizli məlumatların yer aldığı dəftərçə və içərisində CD kart ələ keçirilib.
Roqozin: Rusiyaya qarşı sanksiyalar əbədidir
Qərbin Rusiyaya qarşı sanksiyaları əbədi olaraq qalacaq. Bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya Baş nazirinin müavini Dmitri Roqozin söyləyib. “Sanksiyalar köhnə düşmənin bizim güclənməyimizə reaksiyasıdır. Bu sanksiyalar bizim yenidən zəifləyəcəyimiz halda üstümüzdən götürüləcək”, – deyə o bildirib.
Terrorçular üçün ƏN PİS XƏBƏR
Müdafiə Nazirliyinin əmrinə verilən Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Afrinə girib. Birliklər “Zeytin budağı” hərəkatı çərçivəsində təmizlənən kəndlərə terrorçuların sızmasının qarşısını alacaq və yaşayış məntəqələrində əməliyyatlara qatılacaq.
Türkiyədə DƏHŞƏTLİ PARTLAYIŞ olacaq, ölkə qarışacaq
İraq və Suriyada çətin vəziyyətdə olan İŞİD Türkiyədə baza quracaq və buradan Qərbə hücuma hazırlaşacaq. Bu barədə Pentaqonun “RAND Corporation” analitik şirkətinin hesabatında bildirilib. Məlumata görə, İŞİD üzvləri Avstraliyadan dəhşətli partlayış gücünə malik olan elektron cihaz sifariş edib və artıq Türkiyədə böyük partlayış törətmək niyyətilə uyğun məntəqənin seçilməsi üçün kəşfiyyat işlərinə başlayıb. Bu partlayışdan sonra ölkənin qarşıdurma meydanına çevriləcəyi bildirilib.
İtaliyada Sibir siklonu həyatı iflic etdi
İtaliyada ərazisində kəskin hava şəraiti məktəblərin bağlanmasına, eləcə də digər ciddi problemlərə səbəb olub. Məlumata görə, paytaxt Romada 5 santimetr hündürlüyündə qar yağıb. Şəhərdə məktəblər bağlanıb. Yollarda ləngimələr müşahidə olunur. Hava limanlarında reyslərin gecikdiyi barədə məlumat verilib.
Həmas: "Kilsələrə vergi qoymaq dini müharibədir"
ABŞ-ın İsrailin paytaxtı kimi tanıdığı Qüdsün bələdiyyəsinin ərazidəki kilsələrin bundan sonra vergi verəcəyinə dair bəyanatı yeni gündəm yaradıb. Həmas təşkilatı bu qərarın İslama qarşı mübarizənin davamı və ABŞ siyasətinin bir təzahürü olduğunu bildirib.
“Bu halda, ABŞ və Türkiyə arasında müharibə başlayacaq” – ŞOK XƏBƏRDARLIQ
“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan ziddiyyətlər artıq davam etdirilə bilməz”. Bu haqda İngiltərənin “Financial Times” qəzeti yazıb. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.
Ata uşaqlarına analarının öldüyünü demişdi: həqiqət hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
İraqlı Raed Saed Abdull fırıldaqçılıqdan həbs olunmamaq üçün 2017-ci ildə İraqdan Türkiyəyə qaçıb. Trabzonda uşaqlarını diləndirən və onlara analarının öldüyünü söyləyən Abdullah pul vermədiyi üçün uşağını döyüncə, 22 yanvarda oğlu polisə şikayət edib.
Suriyada kimyəvi silah qalmaqalı: Kim düz deyir?
Rusiya Müdafiə Nazirliyi Suriyanın Şərqi Quta vilayətində atəşkəsin pozulması barədə məlumat yayıb. Məlumatda Şərqi Qutada fəaliyyət göstərən "Ceyş əl İslam" qruplaşmasının atəşkəsi pozduğu qeyd olunub. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində 13 mülki vətəndaş yaralanıb.
2 aydır yoxa çıxan 13 yaşlı uşağı anası sevgilisi ilə öldürüb - VİDEO
ABŞ-ın Nyu Mexiko ərazisində sevgilisinin 13 yaşlı oğlu Ceremiah Valensiaya təcavüz edən, sonra da uşağı öldürüb cəsədi yandıran şəxs ilə ona kömək edən uşağın anası saxlanılıb.
Rusiyanın 2 min ABŞ əsgərini öldürməsi yalanı: əsl həqiqət...
Rusiaynın Su-57 təyyarələrinin ABŞ-ın 2 min hərbçisini Şərqi Qutada məhv etməsi xəbəri reallığı əks etdirmir. Bu iddia ilə “Riafan.ru” saytı çıxış edib. Sayt bu informasiyanın sadəcə təbliğat vasitəsi olduğunu bildirib: “S-57 həqiqətən bir neçə gün əvvəl Suriyaya gəlib. Lakin heç bir mənbə, o cümlədən hərbi birləşmələrin media mərkəzləri Şərqi Qutaya təyyarələrin hücumunu təsdiqləmir. Əslində ABŞ hərbçiləri Xüms vilayətinin cənubundakı Ət-Tanfda, eləcə də Şimali və Şərqi Suriyadakı kürd birləşmələrinin nəzarətindəki bölgələrdə yerləşirlər. Digər tərəfdən, ABŞ hərbçiləri heç vaxt bu qədər sayda əsgəri qüvvədən hətta Rakka və Mosul kimi əməliyyatlarda istifadə etməyib”.
İngiltərədə partlayış və yanğın: 4 ölü, ev darmadağın oldu- VİDEO
İngiltərənin Lester şəhərinin mərkəzində güclü partlayış və yanğın olub. Olay Karlayl və Hinkli Roud küçələrinin kəsişməsindəki evdə baş verib. Əslən Polşadan olan ailəyə məxsus evin birinci mərtəbəsindəki dükanda partlayış olub. Az sonra ev yanmağa başlayıb. Ev dağılıb.
Məşhur aktyorun həyatı təhlükədə
Türkiyənin məşhur aktyoru Kadir İnanır növbəti dəfə əməliyyat olunacaq. Olaylar.az bildirir ki, fevralın 11-də beyinə gedən damar tıxanıqlığı səbəbindən əməliyyat olunan aktyor növbəti əməliyyata hazırlaşır. Həkimlərin sözlərinə görə bu əməliyyat aktyorun həyatı üçün təhlükəlidir.
İran və İsrailin fevral toqquşması : böyük savaş başlayır?
2019-cu ildə İranla İsrail arasında böyük müharibə başlaya bilər. Bu iddia ilə “Nəşinəl İnterest” qəzeti çıxış edib. “İran artıq regionda böyük aktivlik göstərir. Onun hərbçiləri və İslam İnqilabı Keşikçiləri Korpusundan olan döyüşçüləri Suriya savaşında iştirak edirlər. İran həmçinin Hizbullahı da dəstəkləyir. Bu il fevralın ilk yarısında İran və İsrail arasında artıq birbaşa toqquşma yaşanıb. Əgər bundan sonra yaranan konflikt sakitləşməsə, İranla İsrail arasında gələn il savaş başlayacaq”.














