Dünya
"Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir"
Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. Bu barədə Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu "Facebook"dakı səhifəsində yazıb. Ə.Davudoğlu qeyd edib: "Canımız olan azərbaycanlı qardaşlarımızın o gecə yaşadıqları qanlı faciə bizi bir-birimizə daha da yaxınlaşdırdı. Heç şübhəsiz ki, vaxt gələcək işğal altında olan Azərbaycan torpaqları azad olunacaq, yurdlarından didərgin salınan soydaşlarımız öz evlərinə qayıdacaqlar".
Çində qayıq batdı - 5 ölü
Çinin Hunan əyalətində Yuanşuya çayında qayığın batması nəticəsində 5 nəfər həlak olub. Qumdaşıyan qayıqda 6 nəfər olub. Bir nəfəri xilas etmək mümkün olub. Axtarışlardan sonra digər 5 nəfərin meyiti tapılıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
İrəvan bu siyahıda birinci, Bakı axırıncı oldu
Ermənistan qiymət artımına görə keçmiş SSRİ ölkələri sırasında ilk yerə yüksəlib. Bu barədə informasiyanı Belarusun “BelaPAN” agentliyi yayıb. Agentlik cari ildə Ermənistanda qiymət artımının 2,7% təşkil etdiyini bildirib. Siyahıda ilk üçlükdə Özbəkistan (2,7%) və Ukrayna (1,5%) yer alıb. Onlardan sonrakı yerlərdə isə Belarus (0,8%), Gürcüstan (0,6%), Qazaxıstan (0,6%), Qırğızıstan (0,6%), Moldova (0,4%), Tacikistan (0,4%), Estoniya (0,4%), Litva (0,3%) və Rusiya (0,3%) qərarlaşıblar.
Rəhbərlikdən qəribə əmr: “Mağazalarda şüşələr tündləşdirilsin”
Türkmənistan paytaxtı Aşqabadda mağaza sahiblərinə ticarət obyektlərinin şüşələrinin tündləşdirilməsi göstərişi verilib. Bundan əlavə, onlar mağazaların girişindəki reklam lövhələrini yığışdırmalıdırlar.
Giorgi Marqvelaşvili: “Gürcüstan azərbaycanlıları assimilyasiya olunmur”
“Gürcüstanda yaşayan etnik azərbaycanlılar assimilyasiya olunmur”. Məlumata görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.
Aİ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirdi
Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaları gücləndirib, o cümlədən ticarət məhdudiyyətlərini sərtləşdirib və şimali koreyalı bütün işçilərin çıxarılmasına qərar verib.
Lavrov Donbas müharibəsinin günahkarını açıqladı
“Avropa İttifaqı öz öhdəliklərini pozmasaydı və Rusiya buna reaksiya verməli olmasaydı, Ukraynada müharibələr olmazdı”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
ABŞ-dan Bağdadi haqda YENİ XƏBƏR
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin ölü olması barədə yüzfaizli sübutlara malik deyil. Bu haqda koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib. “Koalisiya yüzfaizli dəqiq sübutlara malik deyil ki, o, ölüdür.
Türkiyəli məşhur Xocalı ilə bağlı paylaşım etd
Müqəddəs torpağa yumurta böyüklüyündə dolu yağdı - VİDEO
Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yumurta böyüklüyündə dolu yağması səbəbiylə onlarla avtomobil yarasız hala düşüb, xeyli sayda canlı tələf olub. Dolunun ən kiçiyi qoz böyüklükdə olub.
Milyonlarla insan MƏHV OLACAQ
ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.
İrandan Afrin açıqlaması: Fikir ayrılığı…
Suriya məsələsində Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var, amma önəmli olan iki ölkənin birlikdə işləməsidir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. “Suriya məsələsində davamlı olaraq Türkiyə ilə əlaqə yaradırıq. Bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşür, bəzi məsələlərdə isə fikir ayrılıqları olur.
Tramp onların edam edilməsini istəyir
ABŞ Prezidenti Donald Tramp öz köməkçiləri ilə narkomaniya ilə mübarizənin müzakirəsi zamanı narkotacirlərin edam edilməsini təklif edib. Bu barədə informasiyanı “Axios” saytı dərc edib. “Tramp narkotacirlərin həbsdə islah olunacağına inanmır. O, bu şəxsləri residivistlərə bənzədir.
Bu şəhərdə xaricilərə ən yüksək maaş verilir
Xarici mütəxəssislərə ən yüksək maaş Hindistanın Mumbai şəhərində verilir. Bu nəticə HSBC bankının apardığı tədqiqatdan sonra ortaya çıxıb. Bank burada xarici mütəxəssislərə 217 min dollar ödənildiyini bildirib.
Məşhur prodüsserin təcavüz qalmaqalı film olur
Məşhur ssenarist və rejissor David Mamet Hollivud təcavüzündə bəhs edən ssenari qələmə aldığını açıqlayıb. Olaylar.az bildirir ki, Mametinin ssenarisində məşhur prodüsser Havri Vaynşteynə qarşı iddia edilən təcavüz hadisələri yer alıb.














