Dünya

“Sony Xperia XZ2” və “Xperia XZ2 Compact” smartfonları rəsmən təqdim edilib

26 Fevral 2018 19:42

“Sony Mobile Communications” şirkəti 26 fevral – 1 mart tarixlərində Barselonada keçiriləcək “MWC 2018” sərgisində güclü “Sony Xperia XZ2” qabaqcıl smartfonunu və onun yığcam versiyası olan “Xperia XZ2 Compact” modelini təqdim edib.

İnsanabənzər “Saram” robotu təqdim olunub

26 Fevral 2018 19:37

“Samsung” şirkəti süni intellektə malik insanabənzər “Saram” robotunun hazırlanmasını başa çatdırıb.

2018-ci ilin 10 ən qabaqcıl texnologiyası bəlli olub

26 Fevral 2018 19:32

Analitiklər cari ilin 10 ən qabaqcıl və perspektivli texnologiyasını müəyyənləşdiriblər. Bu texnologiyaların hər biri ayrılıqda dünyanı dəyişdirmək qabiliyyətinə malikdir.

“Android” sistemli smartfon istifadəçiləri əlavə reallıq funksiyasından yararlanacaq

26 Fevral 2018 19:24

"Google" şirkəti ən yeni "Android 8 Oreo" əməliyyat sistemini "ARCore" əlavə reallıq texnologiyasından istifadə funksiyası ilə təchiz edib. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, real şəkildə mövcud olmayan təsvirləri əlavə etmək mümkün olacaq.

“Samsung” şirkəti yeni smartfonlarını təqdim edib- VİDEO

26 Fevral 2018 19:19

"Samsung" korporasiyası yeni "Galaxy S9" və "S9 Plus" smartfonlarını təqdim edib. "ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, qurğunun standart versiyası 2960x1440 nöqtə təsvir ölçülü 5,8 düymlük ekranla təchiz edilib. "Galaxy" seriyasının əvvəlki nəslindən fərqli olaraq barmaq izləri skaneri indi kameranın alt hissəsində yerləşib. "Plus" versiya eyni təsvir ölçülü 6,2 düymlük ekranla təchiz edilib.

“Nokia 8110” telefonunun yenilənmiş versiyası təqdim edilib

26 Fevral 2018 19:12

“HMD Global” şirkəti “Nokia 8110” telefonunun yenilənmiş versiyasını təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, orijinal “Nokia 8110” telefonu 1997-ci ildə buraxılıb və "Matrix" filmində istifadə edilib. Formasına görə bu telefona "banan" ləqəbi verilmişdi. Telefonun yeni versiyası 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 2 meqapiksellik kamera, 4 QB-lıq daşıyıcı ilə təchiz edilib və “4G” dəstəyinə malikdir. Smartfonun avtonom işləmə müddəti 25 gündür. Mayda satışa çıxarılacaq telefonun qiyməti 80 avro təşkil edəcək.

Yeni “Energizer” smartfonu 16 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək

26 Fevral 2018 19:06

“Energizer” şirkəti bu yaxınlarda 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunan “Power Max P600S” smartfonunu təqdim edib. Bu dəfə isə şirkət daha güclü tutuma malik mobil qurğu hazırlayır. Belə ki, yeni “Energizer Power Max P16K Pro” smartfonu 16 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.

İspaniya kralının səfəri Barselonada kütləvi etirazlara səbəb oldu

26 Fevral 2018 19:00

İspaniya kralı VI Filippin Dünya Mobil Konqresi münasibətilə Barselonaya səfəri şəhərdə etiraz aksiyalarına səbəb olub. Polislə toqquşmalarda 19 nəfər yaralanıb. Bütün yaralıların yüngül xəsarət aldığı bildirilir. Onların əksəriyyətinin monarxın dünən axşam getdiyi Kataloniya Musiqi Sarayına gedən yolda polis kordonunu yarmağa çalışarkən xəsarət aldığı vurğulanır. Ümumilikdə, aksiyalar dinc xarakter daşıyıb. Nümayişlər Kataloniyanın müstəqilliyini dəstəkləyən "Respublikanın qorunması komitələri" tərəfindən təşkil edilib.

Bollivud ulduzunun ölüm səbəbi bilindi

26 Fevral 2018 18:35

Hindistandan olan aktrisa Şridevinin ölüm səbəbi bəlli olub. Aktrisa fevralın 24-də 54 yaşında ölüb. Aktrisa ölümündən öncə Dubaya gəlib. Burada o, qardaşı oğlunun toyunda iştirak edib.

KFC restoranlar şəbəkəsi üzr istədi

26 Fevral 2018 18:30

Dünyaca məşhur olan KFC restoranlar şəbəkəsinin İngiltərədəki restoranları toyuq qıtlığına görə bağlanıb. Keçən həftə KFC-nin İngiltərədəki mağazalarında toyuq bitib və bu məsələ geniş şəkildə işıqlandırılıb.

Ərdoğanla Makron Suriyayla bağlı birgə qərar veriblər

26 Fevral 2018 17:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Ölkə başçıları Suriyadakı son hadisələri və iki dövlət arasındakı münasibətləri müzakirə edib. Azad Suriya Ordusu ilə birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı barədə həmkarına məlumat verən Ərdoğan Afrinin terrorçu ünsürlərdən təmizlənməsi ilə qaçqınların Suriyaya geri qayıdacağını bildirib.

Ata qızına təcavüz etdi, məhkəmə bəraət verdi

26 Fevral 2018 17:38

Ata zehni əngəlli qızına təcavüz etdi. Ankarada bir ananın iddiasına görə əri zehni qüsurlu qızına təcavüz edib.  Boşanma ərəfəsində olan ana qızının əri tərəfindən təcavüz etdiyini iddia edib. 

Putin Təhlükəsizlik Şurasını topladı

26 Fevral 2018 17:24

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirib. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Rusiya Təhlükəsizlik Şurasının iclasında Şərqi Qutadakı vəziyyət müzakirə edilib. Terrorçuların davamlı təxribatları nəticəsində yaranan ciddi narahatlıq ifadə olunub. BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 2401 saylı qətnamənin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Rusiyada işsizlərin sayı artıb

26 Fevral 2018 17:22

Rusiyada rəsmi qeydiyyatda olan işsizlərin sayı artıb. Məlumata görə, bu barədə Rusiya Əmək Nazirliyi məlumat açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, həftə ərzində işsizlərin sayı 0,9 faiz artmaqla, fevralın 21-ə 800 630 nəfər təşkil edib.