Dünya

Ərdoğan: “Afrin məsələsi ilə bağlı ABŞ-la diplomatik müzakirə aparılmır”

27 Fevral 2018 16:59

“Türkiyə və ABŞ arasında Afrin məsələsi ilə bağlı diplomatik müzakirə aparılmır”. Türkiyə mətbuatı xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu

27 Fevral 2018 16:56

Suriyanın Deyr əz-Zor əyalətində neft-qaz yataqlarının və “Konoko” qaz emalı zavodunun yerləşdiyi bölgəni kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri”indən almaq üçün Bəşər Əsədi dəstəkləyən qüvvələrin daha bir hücumu iflasa uğrayıb.

Tanınmış türk modeldən Ronaldo etirafı - "Məni dəvət etdi və..."

27 Fevral 2018 16:39

Tanınmış model Cansu Taşkın Kriştiano Ronaldo ilə bağlı inanılmaz etiraf edib. O, jurnalistlərin futbolla bağlı suallarını cavablandırarkən bu açıqlamanı verib. 23 yaşlı model bildirib ki, Ronalda mənə "İnstagram"dan mesaj yazdı vəMadridə getməyimi istədi. Mən isə ona yox cavabı verdim.

Suriya ordusu vurula bilər – Araşdırma BAŞLADI

27 Fevral 2018 16:25

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) Suriyada araşdırmalara başlayıb.

Koreya prezidenti 30 il həbs oluna bilər

27 Fevral 2018 16:11

Koreyanın eks-prezidentini 30 il həbs cəzası gözləyir. Bu məlumatı Koreya Respublikasının Baş Prokurorluğu yayıb. Baş Prokurorluq Pak Kın Henin korrupsiya, rüşvətxorluq, hakimiyyətdən sui-istifadə və dövlət sirlərinin açılmasında ittiham olunduğunu açıqlayıb.

Yunanıstanda gəmilərin hərəkəti durdu, kanal bağlandı

27 Fevral 2018 15:51

Yunanıstanda Korinfski kanalı bağlanıb. Məlumata görə, kanalın son günlər Yunanıstanda yağan aramsız leysan yağışlardan sonra yaranmış torpaq sürüşməsi səbəbindən bağlandığı bildirilir. 

Məşhur romanını yazanda 300 qələm sərf etmişdi...

27 Fevral 2018 15:30

Amerika yazıçısı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri olan, "Həyəcanlarımızın qışı"  və "Çarli ilə səyahət"  adlı əsərlərinə görə ədəbiyyat üzrə  Nobel mükafatına layiq görülmü. Con Steynbek fevralın 27 – də anadan olub. XX əsr Amerika ədəbi mühitin əsas mövzusu olan  "Amerika həyat tərzi" və "Orta amerikalı" konsepsiyaları Con Steynbekin əsərlərinin əsas xəttdir. Siyasət, bank – pul, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər onun əsərlərində öz bədii həllini tapıb.

Türkiyəyə şok: Çexiya Saleh Müslümü azad etdi

27 Fevral 2018 15:10

Praqa məhkəməsi PYD lideri Saleh Müslümü azadlığa buraxılıb. Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Saleh Müslümün azadlığa buraxılmasına münasibət bildirən Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati Bigalı məhkəmə qərarının apelyasiyası olmadığını və PYD liderinin Çexiyanı tərk edə biləcəyini bildirib. Bigalı təəssüf doğuran bu qərarın ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Talibandan ABŞ-a sülh təklifi: Savaşdan imtina edək

27 Fevral 2018 14:57

Əfqanıstandakı böhranın sülh yolu ilə həlli Talibanla birbaşa müzakirələrdən keçir. Bu barədə bəyanatı Taliban yayıb. “İşğalın sona çatması üçün Əfqanıstan böhranının sülh yolu ilə həllini istəyirik. Amerika və müttəfiqləri Əfqanıstan böhranını hərbi yolla həllinin olmadığını anlamalıdır. Son 17 ildə dəfələrlə sınaqdan keçirilən hərbi strategiyalar yalnız savaşı qızışdırmağa və uzatmağa yardım edib. Bunu davam etdirmək heç kimin marağına xidmət etmir”, – deyə bəyanatda bildirilib.

Məzardan tapılan məktub DƏHŞƏTƏ GƏTİRDİ

27 Fevral 2018 14:44

Qahirənin şərqindəki Minya şəhəri yaxınlığında kəşf edilən məzarlığın miladdan öncə 300-cü illərə aid olduğu təxmin edilir.  Məzarlıqdan "o dünya"dan mesaj  gətirən bir boyunbağı tapılıb. Hələ yeni başlanılan qazıntı işlərinin təxminən 5 il çəkəcəyi deyilir.

ABŞ buna nə deyəcək? - Vaşinqtonun TEZİSİ ÇÖKDÜ- ŞOK FOTOLAR

27 Fevral 2018 14:32

Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə çalışır.

İsrail Suriyadan İrana keçə biləcəkmi?

27 Fevral 2018 14:24

İsrailin baş naziri Benjamin Netanyahunun Münhendəki təhlükəsizlik konfransında İranla bağlı təqdimatından sonra iki ölkə arasında söz savaşı yeni mərhələyə qədəm qoyub. Sözügedən ölkələrin bir-birini günahlandırmağa köklənən dialoqu sözün həqiqi mənasında sürət kəsb edib. Netanyahu əvvəlki təqdimatlarından daha irəli gedərək bu dəfə tribunaya daha ciddi əyani vasitə-İsrail tərəfindən vurulmuş və guya İranda istehsal olunduğu sübut edilən pilotsuz təyyarənin bir hissəsini nümayiş etdirməsi aranı əməlli- başlı qarışdırıb.

Gecə klubunda ofisiant qadına təcavüz etmək istəyib - ŞOK HADİSƏ

27 Fevral 2018 14:05

Türkiyənin Ortaköy ərazisində yanvarın 7-də baş verən hadisənin təfərrüatları məlum olub. İddialara görə, türk vəkil dostu G.S.Y ilə kluba gedən M.M adlı xarici vətəndaş qadın klubun ofisiantının təcavüzünə məruz qalıb. 

ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir – ŞOK İDDİA

27 Fevral 2018 13:03

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə Ankara barəsində sanksiyalar tətbiq edilə bilər. Bu haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri bildirib. Qəzetin həmsöhbətinin sözlərinə görə, ABŞ-da yaranmış vəziyyətə görə narahatlığı ifadə edirlər. Bildirilir ki, Türkiyənin sözügedən kompleksləri alması NATO-nun operativ uyğunluğuna təsir edə bilər. Bu baxımdan, Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin daxil edilməsi istisna olunmur.