Dünya

Çərçivəsiz və irəli çəkilən kameraya malik smartfon təqdim edilib

27 Fevral 2018 18:44

Çinin “Vivo” şirkəti 26 fevral – 1 mart tarixlərində Barselonada keçirilən “MWC 2018” sərgisində “Apex” adlı tamamilə çərçivəsiz konseptual smartfonunu nümayiş etdirib.

“Apple” şirkəti cari ildə üç smartfon təqdim edəcək

27 Fevral 2018 18:44

"Bloomberg" nəşri öz mənbələrinə istinadən yazır ki, "Apple" şirkəti cari ildə üç smartfon təqdim edəcək.

“Ağıllı” “Canon” işıqlandırıcısı fotoqrafların işini asanlaşdıracaq- VİDEO

27 Fevral 2018 18:41

“Canon” şirkəti Barselonada keçirilən “MWC” sərgisində fotokameralar üçün süni intellekt texnologiyalarının tətbiqi sayəsində peşəkar fotoqrafların işini sadələşdirəcək çıxarılabilən “ağıllı” işıqlandırıcı təqdim edib.  

İstanbulda ağır qəza

27 Fevral 2018 18:14

İstanbulda 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib. Məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Dağıstanlı nazir ölkədən qaçdı

27 Fevral 2018 18:14

Evində axtarış aparılan Dağıstanın tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən İbrahim Qazıbəyov respublikadan qaçıb. Virtualaz.org bildirir ki, bu xəbəri regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən RİA “Novosti” yayıb.

Putinin agentindən SENSASİYALI İDDİA

27 Fevral 2018 18:10

“Ukraynanın kukla hakimiyyəti xarici və daxili siyasətdəVaşinqtonla uyğunlaşdırmadan heç bir strateji qərar qəbul etmir”. Bunu “Ukrayna seçimi – xalqın hüququ” ictimai hərəkatın lideri Viktor Medvedçuk bildirib.

Hamı evlənəcəklərini gözləyirdi, amma onlar...

27 Fevral 2018 18:04

Yaxın zamanda evlənəcəkləri gözlənilən aktyor Ata Demirerlə aktrisa Alara Bozbey ayrılıblar. Sevgililər bir-birini sosial şəbəkədə izləmədən çıxarıb.  Ayrılıq açıqlaması verən Alara "Hörmət çərçivəsində ayrıldıq. Geriyə dönüşümüz yoxdur" deyib.

Qonşu ulduzda PARTLAYIŞ olub

27 Fevral 2018 18:02

Günəş sisteminə ən yaxın olan ulduzda güclü partlayış qeydə alınıb. Məlumata görə, bir qrup amerikalı mütəxəssis Atakama səhrasında yerləşən ALMA teleskopu vasitəsilə Sentavr Proksima ulduzunda güclü partlayışlar müşahidə ediblər.

Arvadına qardaşı qızı ilə xəyanət edən aparıcıdan xəbər var - Sevişərkən tutulmuşdular - VİDEO 

27 Fevral 2018 17:40

Məşhur aparıcı Murat Başoğlu və sevişdiyi qardaşı qızı Burcu Başoğlu Kabadayının fotolarının çəkildiyi yerə 7 ay sonra gələn bir qrup şəxs bəzi detalları araşdırıb. Cütlüyün şəkillərinin çəkildiyi yerə gələnlər arasında fotoqraf da olub. Hadisə yerinə gələn fotoqraf müxtəlif yerlərdən çəkdiyi fotolarla araşdırmada mühüm rol oynayıb.

ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir

27 Fevral 2018 17:29

ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir. Məlumata görə, Kazan Tibb Universitetinin tələbələri ilə görüşündə sanksiyalara toxunan diplomat qeyd edib: "Sanksiyalar iki ölkənin münasibətlərində yaranmış problemlər nəticəsində tətbiq olundu. Biz bu problemləri tədricən həll edəcəyik. Bu mənada mən 2018-ci ilə nikbin baxıram". Səfirin sözlərinə görə, hərdən televizora baxanda elə təəssürat yaranır ki, sanki Rusiya və ABŞ-ın dalaşmaqdan başqa bir işləri qalmayıb: "Lakin sanksiyalara rəğmən, iki ölkə elm və biznes sahəsində də əməkdaşlıq edə bilər".

Rusiyada 11 yaşlı oğlan 14 yaşlı qızla evlənib

27 Fevral 2018 17:25

Dünən Rusiyanın Novosibirsk şəhərinin “Aura” ticarət mərkəzində qəribə toy məclisi baş tutub.11 yaşlı qaraçı oğlan 14 yaşlı sevgilisi ilə ailə qurub. Sosial şəbəkə istifadəçiləri toy mərasimi barədə xəbərə fərqli reaksiya veriblər. “Bəyin 11, gəlinin 14 yaşı var. Özümü çox qoca hiss etdim”, - istifadəçilərdən biri yazır. “Dövlət idarələri hara baxır? Nə olsun ənənələri belədir? Mən şokdayam... Bu uşaqlar intim həyata başlayacaqlar?” – digər istifadəçi hiddətini gizlədə bilmir.

Polisə pivə təklif etdi və...

27 Fevral 2018 17:09

Rusiyada bir nəfər polisə 39 şüşə pivəni rüşvət kimi verməyə cəhd edib.  Məlumata görə, Rusiyanın Samara şəhər sakini polislərə 39 şüşə pivəni rüşvət kimi təqdim edib, lakin ona cinayət işi açılıb.

Pişik sahibini ölümdən xilas etdi

27 Fevral 2018 17:08

Rusiyada pişik öz sahibini ölümdən xilas edib. Məlumata görə, yanğın Rusiya kəndlərinin birində baş verib. Evdə yanğın çıxan zaman pişik 28 yaşlı sahibinin üstünə atılaraq onu oyadıb.

Fransada ATIŞMA - Yaralılar var

27 Fevral 2018 17:06

Fransanın şimalındakı Dünkerk şəhərinin mərkəzində atışma baş verib. Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Britaniyada "Şərq əjdahası" məktəbləri bağladı

27 Fevral 2018 17:04

Böyük Britaniyada hökm sürən “Şərq divi” siklonu ilə əlaqədar yüzlərlə məktəb bağlanıb. Məlumata görə, kəskin hava şəraiti İngiltərənin böyük hissəsində, eləcə də Şotlandiyada qeydə alınıb.