Dünya

Deputatın kortecinə silahlı hücum – VİDEO

5 Mart 2018 23:22

Ukraynanın şərqində yerləşən Donbas bölgəsində Rusiya dövlət dumasının deputatı Aleksey Juravlyov və onu müşayiət edən şəxslərin korteci silahlı hücuma məruz qalıb.

Yaşayış binasında yanğın

5 Mart 2018 23:20

Nyu-Yorkun Bronks rayonunda beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Binanın birinci mərtəbəsində əmələ gələn yanğının səbəbləri barədə hələ ki, məlumat verilmir.

Aeroportda aksiya: Tələbələr naziri baykot etdi

5 Mart 2018 23:19

İranlı tələbələr İrana gələn fransız xarici işlər naziri Jan-Yves Le Drianın Tehrana gəlməsinə etiraz ediblər. İranlı tələbələr Fransanın Xarici İşlər Nazirliyinin İranın daxili işlərinə müdaxiləsindən sonra etiraz aksiyası keçiriblər. İranlı tələbələr Tehran hava limanında keçirdikləri etirazlar zamanı İranın raket proqramının hər zaman davam edəcəyini dilə gətirilib.

Putindən Rusiya kəşfiyyatına tapşırıq: “Onların qarşısını alın!”

5 Mart 2018 23:15

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarını xarici ölkələrin effektiv siyasi, iqtisadi və müdafiə xarakterli məlumatları ələ keçirmək cəhdlərinin qarşısını almağa çağırıb. Bu haqda Rusiya lideri güc idarələrinin kollegiya iclasında bildirib.

“iPhone” smartfonlarının real istismar müddəti müəyyənləşib

5 Mart 2018 19:30

ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.

30 saniyə ərzində enerji toplayan akkumulyator yaradılıb

5 Mart 2018 19:10

Adi batareyalar uzun müddət enerji toplayır, təhlükəlidir, zamanla sıradan çıxır, daha sonra ekoloji vəziyyətə mənfi təsir edir, zibilə atıldıqda isə belə batareyaların elementləri uzun müddət çürüməyərək ətraf mühiti çirkləndirməyə davam edir. Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri tərəfindən yaradılmış yeni enerji mənbəyi isə 30 saniyə ərzində enerji toplamaq qabiliyyətinə malikdir və yuxarıda sadalanmış çatışmazlıqlar aradan qaldırılıb.

Mobil şəbəkələrin təhlükəsizlik sistemində ciddi boşluqlar qeydə alınıb

5 Mart 2018 19:00

İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin tədqiqatına görə, müasir fırıldaqçılar hər gün abunəçiləri izləyir, zənglərə müdaxilə edir, həmçinin mobil şəbəkələrdəki digər boşluqlardan aktiv istifadə edirlər. "Positive Technologies" şirkətinin araşdırması buna sübutdur.

“Instagram”da səsli zənglər və videoçat istifadəyə verilə bilər

5 Mart 2018 18:55

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” servisi rəqib “Snapchat” xidməti ilə auditoriya mübarizəsində öz funksionalını genişləndirməyə davam edir. Şirkət ötən ilin sonunda “Direct” messencerini sınaqdan keçirməyə başlayıb. Tezliklə isə “Instagram” servisində səsli zənglər və videoçatda ünsiyyət saxlamaq imkanı əlçatan ola bilər.

Türkmənistanda qənd də tapılmır

5 Mart 2018 18:39

Türkmənistanın paytaxtı Aşqabadda qənd qıtlığı yaranıb. Bundan əvvəl bölgələrdə un qıtlığının yaranması haqda da məlumatlar yayılmışdı. Son günlər ölkədə zəruri tələbat mallarının dövlət dükanlarındakı satış norması azaldılıb.

Dubayda dünyanın ən bahalı uşaq çarpayısı satılacaq

5 Mart 2018 18:40

Martın 26-29-da Dubayda keçiriləcək interyer dizaynı sərgisində dünyanın ən bahalı uşaq çarpayısı nümayiş etdiriləcək. Bu barədə "Gulf Neüs” nəşri məlumat yayıb. "Luulu” adlı uşaq çarpayısının satış qiyməti 60 min dollar təşkil edir. İstehsalçıların məlumatına görə, çarpayı 24 karat qızılla işlənilib və svarovski qaşları ilə bəzədilib.

MİT-dən əməliyyat: ABŞ səfirliyində terakt…

5 Mart 2018 18:12

ABŞ-ın Ankaradakı səfirliyinə hücuma hazırlaşan 4 İŞİD-çi Samsunda saxlanılıb. MİT, Terrorla Mübarizə və Kəşfiyyat qruplarının ələ keçirdiyi dörd şübhəli istintaqa cəlb edilib.

Paşinyan: Bizə yeni prezident yox, mafiyaya üzv seçildi

5 Mart 2018 17:57

Armen Sərkisyan Ermənistanın prezidenti yox, hakim mafiyanın üzvü seçilib. Bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib. Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim Respublika Partiyasına müqavimət göstərməyəcək: “Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir.

Kreml: ABŞ bu məsələlərdə peşəkardır

5 Mart 2018 17:55

ABŞ digər ölkələrin, o cümlədən Rusiyanın daxili işlərinə müdaxilə ilə bağlı zəngin ənənəyə sahibdir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Bu, heç kimə sirr deyil. Amerikalıların özləri də bunu etiraf ediblər”, – deyə o bildirib. 

Nazarbayev söz verdi: Vergilər azaldılır

5 Mart 2018 17:53

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu il yanvarın 1-dən etibarən vergiləri aşağı salacağına söz verib. Bunu Nazarbayev parlamentin iclasında söyləyib.

Saakaşvili hakimiyyətə qayıdır!

5 Mart 2018 17:50

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Vahid Milli Hərəkat" partiyası üzvlərinə videomüraciət edib. Məlumata görə, videomüraciətində M.Saakaşvili ölkədə seçkilərə aktiv hazırlaşmağa çağırıb.