Dünya
Maraqlı İDDİA: Suriyada əcnəbi terrorçuların əksəriyyəti ABŞ vətəndaşıdır
Suriyada əcnəbi terrorçuların əksəriyyəti ABŞ vətəndaşıdır. Məlumata görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.
Rusiyada 19 qadını zorlayıb öldürənə ömürlük həbs cəzası verildi
Rusiyanın Novosibirsk vilayət məhkəməsi keçmiş polis işçisi Yevgeni Çuplinski barədə hökm çıxarıb. Məlumata görə, Çuplinski 19 qadını zorlayıb öldürməkdə ittiham olunub. Qətl hadisələri 7 il ərzində baş verib.
Merkelin kansler postuna yenidən namizədliyi irəli sürüldü
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin kansler vəzifəsinə yenidən namizədliyini irəli sürüb. Bu barədə yerli televiziya məlumat yayıb. Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Mühafizəkarlar bloku Sosial-Demokratik Partiyası ilə koalisiya hökuməti qurur.
SON DƏQİQƏ! Türkiyə SQ Candarisin azad edilməsi üçün döyüşlərə başladı
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Candaris rayonunun azad edilməsi üzrə əməliyyatlara başlayıb. Hazırda Türkiyə SQ Candaris rayonunda terrorçuların mövqelərinə zərbələr endirir, "Azad Suriya Ordusu" birləşmələri isə qəsəbənin ətrafında döyüşlər aparır.
962 avro alan pensiyaçılar aksiya keçiriblər - Pensiyanın azlığından narazıdırlar
İspaniyada minlərlə pensiyaçı etiraz aksiyası keçirib. Məlumata görə, onların etirazının səbəbi pensiyalarla bağlıdır. Belə ki, etirazçı təqaüdçülər hökumətdən pensiyanın artırılmasını tələb ediblər.
İranda valyuta problemi
İranda dövlətin işçilərinin maaş ödəmə problemi həll edilmədən yeni problem meydana gəlib. Bu səfər ölkədə yerli pul vahidi rialın sürətlə qiymətdən düşməsi nəticəsində camaat əllərində olan vəsaitlərini xilas etmək üçün valyutadəyişmə məntəqələrinə və zərgər dükanlarına axın edib.
Metsamor AES "bombalandı" – Ermənistanda HƏYƏCAN
Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “qaynar xətt”inə Metsamor Atom Elektrik Stansiyasının (AES) minalanması barədə yalan məlumat verib. Bu haqda respublika polisinin informasiya və KİV-lə əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.
Qazaxıstan yoxsul vətəndaşları üçün vergini azaldır
Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn ilin yanvar ayının 1-dən vergiləri azaltmaq barədə vəd verib. Məlumata görə, ölkə prezidenti bu barədə parlamentdə çıxışı zamanı deyib.
Trampdan ETİRAF: Uduzduq
ABŞ bütün ticarət sövdələşmələrində uduzub, poladəritmə və alüminium sənayesi demək olar ki, tamamilə dağılıb. Məlumata görə, belə bir etirafı ABŞ prezidenti Donald Tramp edib. Amerikalı lider deyib: "Biz bütün ticari sövdələşmələrdə uduzan tərəf olmuşuq. Dostlarımız da, düşmənlərimiz də uzun illər ABŞ hesabına mənfəət əldə edib. Bizim polad və alüminium istehsalımız məhv olub".
Putinin müşaviri Rusiyanın dünya internet şəbəkəsindən təcrid edilməsi təhlükəsindən danışıb
“Rusiya texniki cəhətdən beynəlxalq internet şəbəkəsindən kənarlaşdırılmasına hazırdır, lakin bu proses ağrısız olmayacaq”. Məlumata görə, bunu Rusiya prezidentinin internetin inkişafı üzrə müşaviri Qerman Klimenko NTV kanalına müsahibəsində deyib.
ABŞ xüsusi təlimat verdiyi 70 PKK terrorçusunu Afrinə göndərib
ABŞ 1990-cı illərdən bəri Guam adasında xüsusi təlim verdiyi terrorçu PKK qruplaşmasının 70 silahlısını Afrinə göndərib. Amerikalı hərbi təlimatçılar bu terrorçulara təyyarə və helikopterləri idarə, tank əleyhinə silahdan, zenit və rəqəmsal minadan istifadə etməyi öyrədiblər.
Türkiyə Almaniyadan PYD liderini istədi
Türkiyə Almaniyaya PYD lideri Saleh Müslümün həbsi üçün tələb göndərib. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Ankaranın Berlindən Müslümün ekstradisiyasını istədiyini bildirilir.
Dünya Rusiyanı buna məcbur edə bilməz – Burcanadze
Gürcüstanla Rusiya arasındakı problemin həlli yalnız Rusiya ilə birbaşa dialoqa başlamaqdan keçir. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib.
Belçikada ƏMƏLİYYAT - 8 terrorçu saxlanıldı
Brüsselin Molenbek-Sen-Jan kommunasında, eləcə də Qerardsberqn və Mexelen şəhərlərində keçirilən antiterror əməliyyatları çərçivəsində 8 nəfər saxlanılıb. Məlumata görə, bu barədə Belçikanın Federal Prokurorluğu xəbər yayıb. Məlumata görə, saxlanılanların üzərinə baxış zamanı silah aşkar edilib.
Antarktidada yadplanetlilərin gəmisi tapıldı? - VİDEO
YouTube-da və sosial şəbəkələrdə paylaşılan "Antarktidada sirli gəmi tapıldı" videosuna artıq milyonlarla insan baxıb. "Secureteam10" kanalı Google Earth vasitəsilə Antarktidanın yaxınlığındakı Cənubi Corciya adalarında siqara bənzəyən obyekt aşkarlayıb.














