Dünya

“Gorun çatlasın, Corc Vaşinqton...”

5 Mart 2018 14:39

Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər.

Qadın kişini döymək üçün uşaqdan "silah" kimi istifadə etdi - VİDEO 

5 Mart 2018 14:31

Küçədə dava ilə bağlı sosial şəbəkələrdə yayılan video qəzəb doğurub. Videoda qadının küçədə dalaşdığı kişini vurmaq üçün uşaqdan "silah" kimi istifadə etməsi əks olunub.

"Titanik"in Rouzu 42 yaşında müğənni ilə intim səhnələrə çəkildi - FOTO

5 Mart 2018 14:24

"Titanik" kinosu ilə şöhrət qazanan, "The Reader" (Qiraətçi) filmindəki erotik səhnələri ilə gündəm olan aktrisa Keyt Vinslet 42 yaşında yenə intim səhnələrə çəkilib. O, "Wonder Wheel" filmi üçün Castin Timberleyk ilə birlikdə erotik səhnələrə çəkilib. Aktrisa filmdə ofisiant obrazını canlandırıb. Müğənni isə filmdə cangüdən rolunu ifa edib.

Taksi sürücüsündən ŞOK ƏMƏL: 19 qadını...

5 Mart 2018 14:17

Rusiyanın Novosibirsk vilayətinddə dövlət ittihamçısı 19 qadının qətlində ittiham edilən keçmiş polis işçisi Yevgeni Çuplinskiy üçün ömürlük həbs cəzası tələb edib. Bu haqda “Znak.com” saytı regional prokurorluğun mətbuat xidmətinə istinadən bildirib.

Moskva ABŞ-ın tə​​​​​​​hlükəli hədəfini AÇIQLADI

5 Mart 2018 14:15

ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib. “Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində, onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş aparmaqdır”, - diplomat deyib.

İki uşaq anası Dilarənin cəsədi çılpaq halda meşədən tapıldı -  VİDEO

5 Mart 2018 14:11

Antalyanın Korkuteli qəsəbəsində 23 yaşlı iki uşaq anası Dilarənin cəsədi meşəlik sahədə çılpaq halda tapılıb. Hadisə yerində prokurorluq əməkdaşlarının araşdırmasından sonra Dilarə Kandakın cəsədi yarılmaq üçün göndərilib. Qətl hadisəsi olduğu iddia edilən olayla bağlı istintaq başlayıb.

Atası dəcəllik etdiyi üçün uşağı boğub öldürdü:  “Yaxşı etdim”

5 Mart 2018 14:08

13 gün əvvəl infarktdan öldüyü zənn edilən 4 yaşlı uşağı atası öldürübmüş. Sözügedən hadisə Türkiyədə baş vermişdi. Belə ki, səhər oyanan ana oğluna baxmaq üçün otağına gedəndə onu ölmüş vəziyyətdə tapıb. Həkimlər ilkin diaqnoz kimi Kuzeyin infarkt keçirtdiyini desə də, 13 gün sonra atası polisə Kuzeyi öldürdüyünü etiraf edib.

Dünyanın ən gözəl çimərliklərinin ADLARI açıqlandı

5 Mart 2018 13:41

"TripAdvisor" dünyanın 25 "ən yaxşı çimərliyi"nin adlarını açıqlayıb. Məlumata görə, aparılan sorğular nəticəsində Baham adaları yaxınlığında Terks və Kaykos adalarındakı Qreys-Bey çimərliyi ilk yerdə qərarlaşıb. Şəffaf suyu və xırda qumu ilə seçilən bu çimərlik YUNESKO-nun maddi-mədəni irs nümunələri sırasına da daxil edilib. İkinci yerdə isə Braziliyanın "Baia do Sancho" çimərliyi qərarlaşıb. Bura vulkanik mənşəli 20-yə yaxın adadan ibarət füsunkar bir yerdir. Üçüncü yerdə isə Kubanın "Varadero" çimərliyi yer alıb.

Alişan on gün danışmayacaq

5 Mart 2018 13:30

Məşhur türkiyəli müğənni Alişan səs tellərindən əməliyyat olunub. Olaylar.az bildirir ki, əməliyyat zamanı müğənninin aktrisa sevgilisi Buse Varol əməliyyatdan sonra Alişanın görüntülərini sosial media hesabından paylaşıb.

İtkin düşən şəxs nəhəng heyvanın mədəsindən çıxdı - VİDEO

5 Mart 2018 13:24

İndoneziyada timsah tərəfindən parçalanıb yeyilən insan qalıqları tutulan heyvanın mədəsindən vətəndaşlar tərəfindən çıxarılıb. 36 yaşlı Andi Aso Eranq adlı şəxsi yediyindən şübhələnilən timsah polislər tərəfindən öldürülüb. 

Yeni prezident Ermənistana nə vəd edir?

5 Mart 2018 13:22

Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçdi. Hakim “Respublika” Partiyasının namizədi Armen Sərkisyan Ermənistanın yeni prezidenti oldu. Müxalifət sayılan "Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəklədi. Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib.

Bu, əsl qiyamət olacaq: Türkiyə və ABŞ-ın döyüş... - TARİX AÇIQLANDI

5 Mart 2018 12:56

ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin “Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına başlayacaq. Bu haqda “Milliyyət” nəşri yazıb. Nəşrinin yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə, yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə (adanın yunan və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın tezisi qəbul edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri qarşı-qarşıya gələ bilər. “Milliyyət” qeyd edir ki, əsl qiyamət o zaman qopacaq.

Polis məntəqəsinə hücum – Kərkükdə

5 Mart 2018 12:55

İraqın Kərkük şəhərinin Havice qəsəbəsində yerləşən polis məntəqəsinə hücum olub. Olaylar.az bildirir ki, məntəqəyə hücum edən 8 İŞİD üzvü olan terrorçu məhv edilib.

Saakaşvili yenidən Gürcüstanda hakimiyyətə gəlmək istəyir

5 Mart 2018 12:20

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Facebook-da öz tərəfdarlarına video mesaj göndərərək, 2018-ci ildə Gürcüstanda hakimiyyətə qayıtmaq istədiyini açıqlayıb.