Moskva ABŞ-ın təhlükəli hədəfini AÇIQLADI
ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib. “Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində, onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş aparmaqdır”, - diplomat deyib.
5 Mart 2018 14:15 DünyaABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib. "Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində, onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş aparmaqdır", - diplomat deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın sanksiyaları altında Rusiya iqtisadiyyatının əsas sahələri üzrə 422 hüquqi şəxs var. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.