Dünya

Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi - Yaralı var

5 Mart 2018 12:09

Ermənistan ordusu zabitinin sərxoş vəziyyətdə törətdiyi yol qəzasında bir nəfər xəsarət alıb.  Hadisə Yerevan-Sevan avtomobil yolunda baş verib.  Belə ki, 32 yaşlı Erik Petrosyanın idarə etdiyi "Volkswagen" markalı avtomobil 40 yaşlı Qurgen Sarkisyanın idarə etdiyi "Toyota Land Cruiser"ə çarpılıb. "Toyota Land Cruiser" Ermənistan olqarxı, müxalifətdə olduğu iddia edilən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsraukyanın atası Nikolay Tsraukyana məxsusdur. Qəza da Q.Tsarukyana məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. 

Müharibə başlaya bilər - İsrail Rusiyadan ZƏMANƏT İSTƏDİ

5 Mart 2018 12:05

İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir. Bu haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Aleksandr Ben-Svi bildirib. O vurğulayıb ki, Moskva Suriyada şiə bölmələrinin mövcudluğuna dair İsrailin narahatlığını birmənalı anlayır. Ben-Svinin sözlərinə görə, bu məsələlər Rusiya-İsrail konsultasiyaları zamanı müzakirə edilir.

Məşhur aparıcı azadlıqdan məhrum edildi - FOTO

5 Mart 2018 11:46

Misirin məşhur aparıcısı Hayri Ramazan həbs olunub. Olaylar.az bildirir ki, “Misir bu gün” tok –şou verilişinin aparıcısı polisləri təhqir etdiyinə görə 4 gün azadlıqdan məhrum edilib. Aparıcı verilişində polis təşkilatına və işçilərinə uyğun olmayan xəbər, məlumat yayımlamaqda ittiham olunur.

Bəşər Əsəd ABŞ-ı İŞİD-i dəstəkləməkdə günahlandırıb

5 Mart 2018 11:44

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD və “Cəbhət ən-Nüsra” terror təşkilatlarına dəstək verir. Bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib. “ABŞ koalisiyası İŞİD-in hərbi-hava qüvvələridir.

İsrail Fələstinlə danışıqlar aparmağa hazırdır

5 Mart 2018 11:31

İsrailin xarici işlər nazirinin müavini Aleksandr Ben-Zvi, ölkəsinin Fələstinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

“Zeytun budağı” əməliyyatı - 45 –ci gün

5 Mart 2018 11:30

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyatın 45 – ci günündə Suriyanın Afrin şəhərində 2777  terrorçu məhv edilib. Məhv edilən terrorçular İŞİD, PKK terror təşkilatının üzvləridir. Bizləşmiş Qüvvələr terrorçulara hava və qurudan zərbələr endirirlər.

Çin də hərbi xərclərini artırdı

5 Mart 2018 11:29

Çinin hərbi büdcəsi bu il 8,1% artacaq. Bu barədə informasiyanı “Sinxua” agentliyi yayıb. Agentlik bununla hərbi büdcənin 175 milyard dollar təşkil edəcəyini bildirib.

Rusiyanı Avropadan bu 3 kiçik ölkə ayırdı

5 Mart 2018 11:09

Baltikyanı ölkələr 2004-cü ildə Rusiya ilə Avropa Birliyinin yaxınlaşmasına qarşı çıxdılar. Bu da sonradan bu ssenarinin tam ortadan qalxmasına səbəb oldu.

Ucuz xizək sürən aktrisa ayağını sındırdı -  Foto

5 Mart 2018 10:24

“Doctor Who” serialının tanınmış aktrisası Sarah Pariş ayağını sındırıb.  Aktrisa ucuz olduğu üçün aldığı plastik xizəklərlə qar üzərində srüşərkən yıxılıb. Ayağı qırılan Sarahı Mançestrdə xəstəxanaya yerləşdiriblər. 

Muradda xəstəlik aşkarlandı - həkimlər diaqnoz qoydu

5 Mart 2018 09:27

Müğənni Murad Dalkılıça həkimlər "Vertiqo" xəstəliyi (baş gicəllənmə, ürək bulanma, huş itirmə) diaqnozu qoyublar. İfaçı sevgilisi, aktrisa Hande Erçellə getdiyi Amsterdam tətilində bir neçə dəfə özünü pis hiss edib.

Zəlzələ - İranda

5 Mart 2018 09:19

İranın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Bafq şəhərindən 56 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Afrində vəziyyət

5 Mart 2018 09:11

Türk Silahlı Qüvvələri Afrindəki hərəkatla bağlı açıqlama verib. Açıqlamada qeyd olunub: "Zeytun budağı Hərəkatında, Şeyx Hadid bölgəsi daxil olmaqla 7 qəsəbə ilə Racu ivə Cenderisdən Afrinə birləşən yollar nəzarət altına alındı. Məhv edilən terroristlərin sayı 2668-ə çatdırıldı".

Səfirliyin fəaliyyəti dayandırıldı

5 Mart 2018 09:10

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir. Bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.