Fransada qar uçqunu baş verib, ölən var
4 Mart 2018 22:22 DünyaAlp dağlarının Fransaya aid hissəsində iki qar uçqunu baş verib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Yuxarı Savoy departamentində baş verən insident nəticəsində 1 nəfər ölüb, daha 1-i itkin düşüb.
Belə ki, Samoen yaşayış məntəqəsi yaxınlığında iki xizəkçi uçqun altında qalıb. Onlardan biri xilas olub, digəri itkin düşüb. Vallorsində isə 4 nəfər qar uçqunun altında qalıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu həftə qar uçqunu nəticəsində Alp və Pireney dağlarının Fransaya aid hissəsində 5 nəfər həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31