Afrində vəziyyət

Türk Silahlı Qüvvələri Afrindəki hərəkatla bağlı açıqlama verib. Açıqlamada qeyd olunub: "Zeytun budağı Hərəkatında, Şeyx Hadid bölgəsi daxil olmaqla 7 qəsəbə ilə Racu ivə Cenderisdən Afrinə birləşən yollar nəzarət altına alındı. Məhv edilən terroristlərin sayı 2668-ə çatdırıldı".

Türk Silahlı Qüvvələri Afrindəki hərəkatla bağlı açıqlama verib. Açıqlamada qeyd olunub:

"Zeytun budağı Hərəkatında, Şeyx Hadid bölgəsi daxil olmaqla 7 qəsəbə ilə Racu ivə Cenderisdən Afrinə birləşən yollar nəzarət altına alındı. Məhv edilən terroristlərin sayı 2668-ə çatdırıldı".

Rəsmilərə görə bu vəziyyət Cenderisin də nəzarət məsələsinin böyük ölçüdə həll olunması deməkdi.

Afrinin qərbindəki Şeyx Hadid bölgəsinə aid olan Soğulcaq və Aranda kəndləri, Şeran Bölgəsinin Bafliun kəndi və Racu bölgəsinə aid olan Halilo kəndi terroristlərdən təmizləndi.

Beləliklə də Afrin bölgə mərkəzinə gedən yolla Şeran bölgə mərkəzinin şərqi və cənub istiqaməti və terrorist qruplaşmanın müdafiə xətləri hesab olunan Qafr Cənnə və Qıtmə kəndlərinin ələ keçirilməsi üçün mühüm irəliləyiş oldu. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31