Məşhur aparıcı azadlıqdan məhrum edildi - FOTO
Misirin məşhur aparıcısı Hayri Ramazan həbs olunub. Olaylar.az bildirir ki, “Misir bu gün” tok –şou verilişinin aparıcısı polisləri təhqir etdiyinə görə 4 gün azadlıqdan məhrum edilib. Aparıcı verilişində polis təşkilatına və işçilərinə uyğun olmayan xəbər, məlumat yayımlamaqda ittiham olunur.
5 Mart 2018 11:46 DünyaMisirin məşhur aparıcısı Hayri Ramazan həbs olunub. Olaylar.az bildirir ki, "Misir bu gün" tok -şou verilişinin aparıcısı polisləri təhqir etdiyinə görə 4 gün azadlıqdan məhrum edilib. Aparıcı verilişində polis təşkilatına və işçilərinə uyğun olmayan xəbər, məlumat yayımlamaqda ittiham olunur.
İttihamları rədd edən Hayri Ramazan bildirib ki, verilişində şəhid polis ailələrinin maddi durumunun yaxşı olmadığını dilə gətirib.
Bir neçə gün əvvəl Misir prezidenti çıxışı zamanı qeyd edib ki, Hayri Ramazanın Misir polisi və ordusu haqqında bildirdiyi fikirlər vətənə xəyanətdi.
