Dünya
İraqda ikinci kürd gərginliyi - “savaş baltaları” çıxarılır?
30 illik planı məhv oldu: dağlarda qaldılar
Türkiyə Silahlı Qüvvələrinin Raconu alması nəticəsində PKK-nın Amanos dağları vasitəsilə Aralıq dənizinə keçmək planları iflasa uğrayıb. Bu barədə “Sabah” qəzetinin yazarı Özgür Cəbə məlumat yayıb.
5,8 bal gücündə zəlzələ
Dəm qazı daha bir ailənin sonuna çıxdı: 8 ölü
Ukraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8 nəfər dəm qazından zəhərlənərək ölüb. Hadisə Berdiçev şəhərində qeydə alınıb. Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.
Sabiq polkovnik İngiltərədə zəhərləndi
2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Rusiya vətəndaşları saxlanıldı
Ticarət mərkəzində qorxu dolu anlar
ABŞ-da atışma olub. Hadisə Florida ştatında, Seminol şəhərindəki ticarət mərkəzində qeydə alınıb. Polisin verdiyi xəbərdə bildirilir ki, yerli ticarət mərkəzinin dayanacağında baş vermiş atışma zamanı bir neçə nəfər xəsarət alıb. İlkin məlumata görə, 19 yaşlı gənc xəstəxanaya yerləşdirilib.
Prezidentliyə namizədin biabırçı fotoları yayıldı
Rusiya prezidentliyinə namizəd Kseniya Sobçakın seçkiqabağı fəaliyyət göstərən saytı hakerlərin hücumuna məruz qalıb. Bu barədə RİA-ya K.Sobçakın səlahiyyətli nümayəndəsi məlumat verib. “Hakerlərin hücumuna görə sayt çökdü. Hakerlər onun İP adresini tamamilə biabırçı fotolara yönləndirdilər. Saytı çökdürüb, hər şeyi etdilər”, - deyə bildirilib.
Ərəblərdən türk seriallarına QADAĞA
“Onlar bütün dünyanı məhv edəcəklər” – Bəşəriyyət üçün DƏHŞƏTLİ PROQNOZ
Məşhur şirkət verdikləri hər kilo üçün işçilərinə pul ödəyir - FOTO
Torontonun erməni kilsəsində qondarma "DQR" bayrağı - VİDEO
Taleh Mustafayev adlı oxucu Kanadanın Toronto şəhərindən maraqlı video göndərib. Həmin videoda işğal altındakı Azərbaycan torpaqlarında qurulmuş qanunsuz "DQR"-in bayrağı asılıb.
Trampdan müsəlman dünyasını hiddətləndirəcək NÖVBƏTİ QƏRAR
ABŞ prezidenti Donald Tramp Qüdsdə ABŞ-ın səfirliyinin açılışında iştirak edə bilər. Bu haqda ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib. “İstisna etmirəm. Baxaq. Biz səfirliyin binasını çox tez tikmək istəyirik”, - Tramp bildirib. Qeyd edək ki, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə köçürülməsi planlaşdırılır.
Ərəblərdən türklərə QADAĞA
Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb telekanallarında türk seriallarının yayımını qadağan edib. Bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli “Sabk” elektron qəzetinə bildirib. Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini dəstəkləmək arzusu ilə bağlıdır.














