Məşhur şirkət verdikləri hər kilo üçün işçilərinə pul ödəyir - FOTO
5 Mart 2018 23:39 SosialÇində fəaliyyət göstərən investisiya məsləhəti şirkəti köklük ilə mübarizə məqsədilə işçilərinə verdikləri hər kilo üçün 100 yuan ödəyəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Çinin Xian şəhərində bir investisiya məsləhəti firmasının müdiri işçilərini kilo verməyə motivasiya etmək üçün mükafatlandırır. Müdir kilo verən işçilərinin hər birinə pul ödəyir.İşçilər bu mükafat sisteminin bir hissəsi kimi verdikləri kiloqramlarla 100 yuan əldə edirlər.
Şirkət öz işçilərinin vaxtının çoxunu bir masanın arxasında oturduqlarını və günlərini hərəkətsiz keçirdiklərini dərk etdikdən sonra bu fikri ortaya çıxarıb.
Gələcəkdə Çindəki qidalanma vərdişinə görə köklüyün böyük problemlər yaradacağını proqnozlaşdıran səhiyyə mütəxəssisləri 2030-cu ilə qədər hər 4 Çinlidən birinin həddindən artıq çəkiyə sahib olacağını bildiriblər.
Şirkət müdiri idman salonunu hər gün ziyarət edərək gündəlik yemək proqramını və pəhrizi tamamilə dəyişməyi bacarıb. Beləliklə, həm çalışanlar daha sağlam bir həyat sürür, həm mükafat qazanaraq gəlir səviyyələrini artırır, həm də motivasiyaları yüksək şəkildə çalışdıqları üçün şirkətə faydalı olurlar.