Dünya

Amerikalı general: “Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər”

9 Mart 2018 16:35

ABŞ Rusiya tərəfindən istən ilən hücuma cavab verə bilər. Bunu Rusiya prezidenti Vladimir Putinin ən yeni silah barədə məlumat verdiyi Federal Məclisə müraciətini şərh edərkən ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının sədri, general Con Hayten deyib. “Biz bütün mövcud təhlükələrə hazırıq və bu heç kimdə şübhə doğurmamalıdır”, - Hayten qeyd edib. General əmin olduğunu bildirib ki, Rusiyanın ABŞ-a qəfil tammiqyaslı hücumundan başqa elə bir edəcəyi hərəkət yoxdur ki, Vaşinqton ona cavab verə bilməsin.

Porno saytlara telefonla girənlərə bəd xəbər — Şəxsi məlumatlarınız ələ keçirilir

9 Mart 2018 16:11

İngiltərədə təhlükəsizlik şirkəti tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb. Nəticələrə əsasən, mobil telefon vasitəsilə porno saytlara daxil olmaq böyük riskə səbəb olur. Porno saytların dörddə biri bu saytlara daxil olan şəxslərin şəxsi məlumatlarını ələ keçirən proqramlarla doludur.

Türkiyə İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır

9 Mart 2018 16:04

Türkiyə İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır. Məlumata görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. Baş nazir deyib ki, PKK terror təşkilatı region üçün böyük təhdiddir. O qeyd edib ki, regionun bütün ölkələri terrorizmlə mübarizəni gücləndirməlidirlər.

Türkiyə ordusu Afrində finala yaxınlaşdı – NATO TƏŞVİŞDƏ

9 Mart 2018 15:26

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb. Birliklər həmçinin, Afrinlə Azezi içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib.

İŞİD-in 22 səhra komandiri məhv edilib

9 Mart 2018 15:23

İraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib. Məlumata görə, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.

Saakaşvili tərəfdarları Kiyevdə mitinq keçirir: Poroşenko istefaya getsin!

9 Mart 2018 15:22

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubenatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə mərkəzi parkların birində mitinq keçirir. Məlumata görə, aksiyaya yığılan 200-ə yaxın etirazçı prezident Pyotr Poroşenkonun, baş prokuror Yuri Lutsenkonun istefaya yollanmasını və antikorrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Qara dənizə ABŞ dəniz piyadaları gəlib

9 Mart 2018 14:51

ABŞ Hərbi Dəniz Donanmasının Oak Hill desant gəmisi İstanbul boğazını keçərək bu səhər Qara dənizə daxil olub. Gəmidə 500 dəniz piyadasının yerləşdiyi bildirilir.  Oak Hill gəmisinin martın 15-ə qədər davam edəcək "Dəniz fırtınası 18" hərbi dəniz təlimlərində iştirak edəcəyi gələn xəbərlər sırasındadır.

Hyüstonda çaşqınlıq

9 Mart 2018 14:50

Texas Hyüston Beynəlxalq Corc Buş hava limanının fəaliyyəti şübhəli əşya səbəbilə dayandırılıb. Hava limanının C terminalında şübhəli bir sahibsiz çanta tapılıb. Hadisə yerinə polis briqadası çağırılıb. 

İstanbulda Roma səfərləri ləğv edildi

9 Mart 2018 14:47

Türk Hava Yolları İstanbuldan Roma, Milan və Venedikə olan təyyarə səfərlərini ləğv edib. Buna səbəb İtaliyanın bir çox hava limanı əməkdaşlarının tətil etməsi göstərilir. Hava limanı müəyyən saatlarda təyyarə qəbul etməyəcəklərini bəyan ediblər. Yolçulara uçuş vaxtının dəyişdirilməsi yaxud alternativ təyyarə səfərlərini seçmək təklif edilib.

Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə

9 Mart 2018 14:34

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib. 

Türkiyədən qalmaqallı statistika: "186 hamilə uşaq"

9 Mart 2018 14:11

Türkiyədə azyaşlıların hamilə qalması ilə bağlı statistika ürəkaçan olmayıb.  Qadın Haqları və Qız uşaqlarının qorunma dərnəyinin araşdırması nəticəsində məlum olub ki, Ədirnə şəhərində 186 azyaşlı hamilə qalıb.

Türkiyədə raket sınaqları uğurla başa çatıb

9 Mart 2018 13:52

Bu gün Türkiyədə Sinopda RAKETSAN tərəfindən istehsal edilən raketlərin sınaqları keçirilib. Sülükoğlu poliqonunda aparılan iki günlük sınaq atışları çox yaxşı nəticələr göstərib. Bölgəyə yaxın olan hava və dəniz sahələrdə gəmi və uçuş vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb. 

İsrail-ABŞ hər an Livana hücum edə bilər

9 Mart 2018 13:50

Əl-Rai Əl-Youm qəzetinin iddialarına görə, bir neçə gün əvvəl Livandakı “Hizbullah”ın silahlı birlikləri tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Döyüş hazırlıqlarının əsas səbəbi olaraq İsrailin hər an Livana hücum etmə təhlükəsi göstərilir.

Rusiyada toyuq məhsullarında təhlükəli virus tapıldı

9 Mart 2018 13:45

Rusiyada "BELAYA PTİTSA" və "PETRUXA" markalarının toyuq məhsullarında təhlükəli listeriya ST6 bakteriya aşkar edilib. Araşdırmanı Rosskontrol Müstəqil Araşdırma Təşkilatı aparıb. Listeriya təhlükəli qida bakteriyasıdır. İnsanlara yoluxduğu zaman ölümlə nəticələnə bilər. Bəzi hallarda isə menengit və ensefalit kimi xəstəliklərə səbəb ola bilər.

Ermənistandakı hakimiyyət bölgüsünü Rusiya həzm etmir

9 Mart 2018 13:41

Ermənistanda prezident təyinatı prosesi başa çatsa da, lakin hələ də məlum təyinatdan sonra işğalçı ölkədə baş verə biləcək proseslər, Serj Sərkisyanın bundan sonra hansı gedişləri edəcəyi barədə müxtəlif fikirlər, proqnozlar səslənir. Birmənalı olaraq söylənilən odur ki, Serj Sərkisyan bundan sonra da bütün addımlarını Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesini pozmağa, eyni zamanda daxili auditoriyanın nəbzini tutmağa yönəldəcək.