Dünya

İtaliyada əməliyyatda 39 nəfər saxlanılıb

9 Mart 2018 13:21

İtaliyanın paytaxtı Romada narkotik alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, paytaxtın müxtəlif ünvanlarında aparılan əməliyyat nəticəsində 39 nəfər saxlanılıb. Saxlanılanlara qarşı narkotik vasitə, silah satışı və mafiya faəliyyəti ittihamları irəli sürülüb.

Kabil yenə "partladı" - 7 ölü

9 Mart 2018 13:19

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. Məlumata görə,partlayış nəticəsində azı 7 nəfərin həlak olduğu bildirilib. İlkin məlumata görə, partlayışı intiharçı terrroçu törədib.

Şimali Koreyadan Türkiyəyə ŞOK "HÜCUM"

9 Mart 2018 12:52

Şimali Koreyadan Türkiyəyə şok kiber hücum olunub.  Dünya təhlükəsizlik nəhəngi McAfee Şimali Koreyanın haker qrupu "Hidden Cobra"nın Türkiyədəki maliyyə təşkilatlarına "hücum" etdikləri xəbərini yayıb. 

Əsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – Noyert susdu...

9 Mart 2018 12:39

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Əsəd rejiminin Türkiyəyə müdaxiləsi ilə bağlı suala cavab verə bilməyib. O, jurnalistin “PKK-PYD terror təşkilatı Əsəd rejimi ilə birləşib Türkiyəyə hücum etsə, sizin mövqeyiniz nə olacaq” sualını cavablandırmaqda çətinlik çəkib. “İki, hətta üç ehtimala dayanan bir suala cavab verməyəcəyəm”, - Noyert bildirib.

Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu

9 Mart 2018 12:09

Velosipedə təpik atan 19 yaşlı oğlan 2 aylıq körpənin ölümünə səbəb olub. Hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, 2 ay əvvəl Suriyadan qaçaraq Adanaya qohumlarının yanına gələn Mənsur ailəsi ziyarətdən qayıdarkən bədbəxt hadisə nəticəsində 2 aylıq M.Əsma adlı qızını itirib. İçkili vəziyyətdə yol ilə gedən 5 nəfər gənc velosipedə təpik atıb. Müvazinətini itirən M.Zeynəb qucağında körpəsi ilə yerə yıxılıb.

Çaydan 26 insan əli tapıldı

9 Mart 2018 11:56

Rusiyanın Xabarovsk şəhərindən keçən Amur çayında 26 ədəd insan əli tapılıb. Araşdırmaçılar bunun həmin şəhərdə yaşayan çinlilərə məxsus olduğundan şübhələnirlər. Çünki yerlilər oğurluq edən şəxsi əlini biləyindən kəsərək cəzalandırırlar.

Afrindən Xəbər Var

9 Mart 2018 11:53

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyat zamanı 3149 terrorçu məhv edilib.

Qadın 250 metr hündürlükdən yerə çırpıldı - VİDEO 

9 Mart 2018 11:46

Sidneyin simvolu sayılan Centrepoint Tower-də gəzərkən təhlükəsizlik kəmərini açan turist qadın 250 metr hündürlükdən yerə çırpılıb. Qadın hadisə yerində keçinib.

Karlovun qatilinin şifrəsini ruslar da qıra bilmədi

9 Mart 2018 11:40

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsinin qırılması üçün Ankaraya dəvət edilən rus mütəxəssislərdən ibarət həyət uğursuzluğa düçar olub. Bu barədə “CNN Türk” yazıb. Ankaraya gələn rus mütəxəssislər Karlov cinayətinin istintaqını aparan müstəntiqlə görüşüblər. Rus mütəxəssislər Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsini qırmağa çalışsalar da, mümkün olmayıb.

Çin yuanı beynəlxalq valyutaya çevriləcək

9 Mart 2018 11:32

Çin hökuməti öz maliyyə bazarını yaratmaqla ölkənin pul vahidi olan yuanı beynəlxalq valyutaya çevirmək cəhdlərini davam etdirəcək. “RİA Novosti” agentliyi xəbər verir ki, bunu Çin Milli Bankının rəhbəri Çjou Syaoçuan deyib. 

8 Mart hesabatı: PKK 967 qadını edam etdi

9 Mart 2018 11:22

Türkiyənin kəşfiyyat qurumları 8 Mart münasibətilə PKK terror qruplaşmasına cəlb olunan qadınların aqibəti barədə hesabat hazırlayıb. 

Erməni lobbisi savaşa hazırlaşır: Sarkisyan Qarabağı qaytarır

9 Mart 2018 11:17

Avropadakı erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında gərginlik artmağa başlayıb. Lobbi Sarkisyanın Ermənistanı tam olaraq nəzarət altına almasından narahatlığını ifadə edib. Ölkəyə təsirini əldən vermək istəməyən lobbi artıq Sərkisyana qarşı sərt ittihamlar səsləndirir.

NASA “cəhənnəm”in görüntülərini ilk dəfə yaydı 

9 Mart 2018 11:15

NASA Günəş sisteminin ən sirli və ən böyük planeti Yupiterin ilk dəfə görünən “Cəhənnəm fırtınaları”nın fotolarını çəkib. “Yuno” kosmik gəmisi vasitəsilə çəkilən fotolarda güclü alov fırtınası əks olunub.