Dünya
Sibel Cana qarşı DƏLƏDUZLUQ: “5 ildir pulumuzu ala bilmirik”
Sibel Can ona qarşı dələduzluq edən şirkət sahibdən pullarını ala bilmir. İstanbul Polis İdarəsi Maliyyə Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsi dörd il əvvəl qiyməti aşağı göstərilən lüks istehlak və gömrük vergisi aşağı ödənən avtomobillərə qarşı istintaq başladıb. Araşdırmalar nəticəsində məlum olub ki, Sibel Canın “Mercedes” cipinə də 1 Noyabr 2012-ci ildə əl qoyulub. 2009-cu ilə aid olan model cipin daha əvvəl ABŞ-da istifadə edildiyini öyrənən Sibel Can vəkili Bülənd Ernas vasitəsilə avtomobili ona satan şirkəti məhkəməyə verib.
Tanınmış müğənni 3 il azadlıqdan məhrum oldu
FETÖ istintaqı çərçivəsində saxlanılan müğənni və köşə yazarı Atilla Taş haqqında həbs qərarı çıxarılıb.Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd edən qruplaşmaya üzv və onlara dəstək olmaq iddiası ilə saxlanılan Atilla 3 il, 1 ay, 15 gün azadlıqdan məhrum olub.
İranda çarşabını çıxaran qadın cəzalandırıldı
Məşhur aktyor arıqlama sirrini açıqladı –
“Bizimkilər” serialının qapıçı Cəfəri Ercan Yazqan vəfat edib. Aktyor müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Böyrək və qaraciyər çatışmazlığı ilə mübarizə aparan Yazqanın ürəyi qəfil dayanıb.
2 gün əvvəl itkin düşmüşdü - Cəsədini hardan tapdılar?
Türkiyədə amansız qətlin üstü açılıb. Dənizlidə 2 gündür axtarışda olan şəxsin cəsədi dərədən tapılıb. Torbanın içindən çıxan cəsədin əlləri və ayaqları bağlı olub.
21 jurnalist azadlıqdan MƏHRUM EDİLDİ
İstanbul Məhkəməsi terrorçu FETÖ ilə bağlı 21 jurnalistin barəsində 2 ildən 7,5 ilə qədər azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Onlar 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhd göstərmiş terror təşkilatı FETÖ-nün təbliğatında təqsirli biliniblər.
ABŞ-da 100 mindən çox insan işıqsız qaldı
İnstaqram fenomeni olmaq istədi - Borca düşdü
Lissette Kalveiro adlı gənc qız İnstaqram fenomeni olmaq üçün 10 min dollar borca girib. 26 yaşlı qız Nyu-York, daha sonra Meksikada lüks villalar kirayələyib, bahalı geyimlər, çantalar, aksessuarlar alıb və bunu İnstaqramda nümayiş etdirib.
Səfirliyə BASQIN
Naməlum şəxs Rusiyanın ABŞ-dakı səfirliyinin ərazisinə soxulmaq istəyib. Hadisə cümə axşamına keçən gecə baş verib. Səfirliyin mətbuat katibi Nikolay Laxonin bildirib ki, həmin şəxs ABŞ vətəndaşıdır. O, quldur kimi səfirliyin ərazisinə daxil olmaq istəyib.
22 nəfərin olduğu gəmi qəza siqnalı verdi
ABŞ Türkiyəni hədələdi
ABŞ Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib. Belə bir açıqlama ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparrotti çıxış edib.
Sabiq məmura 11 il həbs
Braziliyada Petrobrasın keçmiş rəhbəri korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Neft-qaz nəhəngi Petrobras-ın rəhbəri Aldemir Bendini korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur. Onun Odebrecht tikinti şirkətindən 3 milyon real (907 min dollar) rüşvət aldığı deyilir. Bundan əvvəl Bendiniyə 25 il iş istənilib.
Pakistan taliblərinin əsas rəhbərlərindən biri məhv edildi
ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib. Öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.
Türkiyə İsveçə nota göndərdi
Türkiyə Suriya kürdlərinin eks-lideri Saleh Müslümün həbs tələbi ilə bağlı İsveçə nota göndərib. Saleh Müslüm hazırda İsveçin paytaxtı Stokholmda yerləşir.














