2 gün əvvəl itkin düşmüşdü - Cəsədini hardan tapdılar?
Türkiyədə amansız qətlin üstü açılıb. Dənizlidə 2 gündür axtarışda olan şəxsin cəsədi dərədən tapılıb. Torbanın içindən çıxan cəsədin əlləri və ayaqları bağlı olub.
9 Mart 2018 09:56 DünyaTürkiyədə amansız qətlin üstü açılıb. Dənizlidə 2 gündür axtarışda olan şəxsin cəsədi dərədən tapılıb. Torbanın içindən çıxan cəsədin əlləri və ayaqları bağlı olub.
Cəsədi meşəlik ərazidə tapan sakinlər dərhal bu barədə polisə məlumat veriblər. Aparılan ilkin araşdırmalardan sonra onun iki gün əvvəl itkin düşən Ersan Erduru olduğu müəyyənləşib. Onun bədənində bıçaq zərbələrinin izləri aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31